Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə telekanal Azərbaycan haqda səslənən fikirlərə görə cəzalandırıldı
Türkiyədə telekanal Azərbaycan haqda səslənən fikirlərə görə cəzalandırıldı

Türkiyədə Radio və Televiziya Üst Qurumu (Teleradio Şurası) “Halk TV”ni orada Azərbaycan haqda səslənən fikirlərə görə cəzalandırıb. Teleradio Şurası belə bu telekanalın efirində səslənən fikirləri böhtan, aşağılayıcı ifadələr kimi qiymətləndirib.

Bizimyol.info xəbər verir ki, qurumun həftəlik iclasında “Halk TV”nin buna görə cərimələnməsinə qərar verilib.

Cəzalanmaya səbəb olan fikirlər telekanalda yayımlanan “İki baxış, iki yorum” proqramında səsləndirilib. “Halk TV”dəki proqrama qatılan jurnalist Levent Gültekin Azərbaycanla Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişəsini şərh edərkən həmin fikirləri səsləndirib. İddia edib ki, Azərbaycanda demokratiya, hüquq yoxdur.

Teleradio Şurasının bütün üzvləri toplantıda bu məsələni müzakirə edərkən səslənən fikirlərin qəbuledilməz olduğunu vurğulayıblar.

Teleradio Şurasının üzvləri Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini də qınayıb.

Paylaş »
››› Putin Qarabağ haqqında danışdı
››› Azərbaycanlılar Paşinyana nə yazır... - Foto
››› Türkiyə ilə Yunanıstan arasında növbəti gərginlik
››› Ekspert: "Jirinovskinin Azərbaycan prezidentini girov götürmək sayıqlamasına diqqət edilməlidir"
››› Azərbaycan Ordusu düşmənin canlı qüvvəsi və hərbi texnikasını məhv etdi - Video
Son xəbərlər
Bütün xəbərlər »