Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fransadan Paşinyanın xilası üçün növbəti cəhd: Minsk qrupu toplaşır
Nikol Paşinyan

Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı danışıqların vaxtı və yeri açıqlanıb. Bu barədə Fransanın Xarici İşlər naziri Jan-İv Drian məlumat verib.

Bizimyol.info xəbər verir ki, danışıqların birinci mərhələsi Fransa, Rusiya və ABŞ-ın iştirakıyla oktyabrın 8-də Cenevrədə, ikincisi mərhələsi isə oktyabrın 12-də Moskvada keçiriləcək. Tərəflər bu görüşlər vasitəsilə Azərbaycan və Ermənistan arasında danışıqların yeni mərhələsinin əsasını qoymaq niyyətindədir.

Parisdə iddia olunur ki, Türkiyə də bu konfliktə qoşulub. Amma rəsmi Bakı da, Türkiyə də bu iddiaları təkzib edib. Türkiyə isə prezident Rəcəb Tayiib Ərdoğan səviyyəsində bəyan edib ki, Azərbaycanın bu haqq davasında qardaş ölkənin yanındadır.

Azərbaycan prezidenti İlham Əliyev də bu cür münasibətə görə Türkiyə və onun prezidentinə minnətdarlığını bildirib. Azərbaycan hökuməti bəyan edib ki, hələlik öz gücünə torpaqlarını işğalçılardan azad etməyə qadirdir.

Azərbaycan Xarici İşlər Nazirliyi də görüşün olacaını təsdiqləyib. Görüşdə iştirak etmək üçün xarici işlər naziri Ceyhun Bayramov Cenevrəyə gedəcək.

Paylaş »
››› Arutunyanın Şuşa bəyanatı ermənilərin başına soyuq su tökdü
››› Bayraktar yeni dronları sınaqdan keçirdi - Foto
››› Makron yenə İslamın əleyhinə danışdı
››› Dinc əhalimizi atəşə tutan düşmən bölmələrinin başına od yağdı - Video
››› Bərdəni atəşə tutan "Smerç" reaktiv sistemi aşkarlandı və məhv edildi - Video
Son xəbərlər
Bütün xəbərlər »