Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Düşmən ölkə rəsmilərinin fantaziyaları tükənmir
Müdafiə Nazirliyi binası

"Ermənistan Müdafiə Nazirliyi rəsmilərinin fantaziyaları tükənmir".

Bizimyol.info-un Müdafiə Nazirliyinə istinadən verdiyi məlumatda bildirilir ki, işğalçı ordunun uğursuzluqlarından çıxılmaz vəziyyətdə qalan Ermənistan rəsmiləri uydurma və fantastik məlumatlar yaymaqla təsəlli tapırlar: "Görünən odur ki, Ermənistan ordusunun hər gün itirdiyi mövqeləri bu ölkənin müdafiə nazirliyinin nümayəndəsi virtual aləmdə “qəhrəmancasına geri qaytarmaqla” məşğuldur.

Əslində isə onun hər dəfə bu və ya digər mövqeyin “geri qaytarılması” barədə fantastik məlumatlar verməsi Ermənistan ordusunun həmin mövqeləri itirdiyinin təsdiqidir. Qondarma rejimin və Ermənistan rəsmilərinin biri-birindən fərqli və ziddiyyətli məlumatlar yayması isə ermənilərin bu gün nə qədər acınacaqlı durumda olduğunu bir daha sübut edir".

Paylaş »
››› ABŞ prezidentliyinə namizəd Baydendən Azərbaycana qarşı davakar açıqlama
››› Ermənilər indi də Krasnodar Erməni Respublikası qurmağa başlayıblar
››› Ter-Nakalyan: Ordumuz taqətdən düşüb, Azərbaycana gücümüz çatmayacaq
››› Ermənilər Qarabağa görə ABŞ-da yolu bağladı, sürücü düşüb 3 nəfəri bıçaqladı
››› Bayraktar yeni dronları sınaqdan keçirdi - Foto
Son xəbərlər
Bütün xəbərlər »