Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Kreml: KTMT-nin öhdəlikləri Dağlıq Qarabağa aid deyil
Dmitriy Peskov

“Kollektiv Təhlükəsizlik və Müqavimət Təşkilatının (KTMT) öhdəlikləri Ermənistandan fərqli olaraq, Dağlıq Qarabağ aid deyil”.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Bunlar təhlükəsizliyin təmin edilməsi baxımından olan öhdəliklərdir. Yəni, KTMT üzvü olan bir ölkə kənardan hansısa bir təcavüzə, hücuma məruz qalırsa, müqaviləyə üzv dövlətlərin həmin dövləti müdafiə etmək öhdəlikləri var", - deyə Kremlin sözçüsü vurğulayıb.

Rusiya Prezidentinin mətbuat katibi ölkəsinin hansı halda Dağlıq Qarabağdakı münaqişə bölgəsinə hərbçiləri göndərməyə hazır olduğu barədə danışarkən, bunun öhdəliklərdən irəli gəldiyini söyləyib.

Rusiya Prezidenti Vladimir Putin də münaqişəyə münasibət bildirib.

Bizimyol.info Lenta.ru-ya istinadən xəbər verir ki, Putinin məsələyə şərhi aşağıdakı kimi olub:

“Ümid edirik ki, ən yaxın zamanda bu münaqişə bitəcək. Əgər bu münaqişə tamam bitməsə, görünən odur ki, buna hələ çox var. Lakin bütün hallarda biz atəşi dayandırmağa çağırırıq. Bunu ən qısa müddətdə etmək lazımdır. Məlumdur ki, Ermənistan KTMT-nin üzvüdür. Bizim bu müqavilə çərçivəsində Ermənistan qarşısında öhdəliklərimiz var. Lakin hərbi əməliyyatlar, a Ermənistan ərazisində aparılmır”.

Paylaş »
››› “Son anda Kəlbəcər və Laçının qaytarılmasından imtina etdilər” - İlham Əliyev
››› Paşinyan bir cümlə ilə Türkiyəyə qarşı bütün gizli planların üstünü açdı
››› Ermənistanın Qarabağdan çıxması an məsələsidir - Rusiya KİV
››› Cəbhədə son vəziyyət: Ermənilərin itkilər verən “Legion” dəstəsi döyüşməkdən imtina edib
››› Düşməndən əldə olunan hərbi qənimətlərin növbəti görüntüsü - Video
Son xəbərlər
Bütün xəbərlər »