Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Ermənistan dövləti Qarabağda can vermək üzrədir” - Deputat Vahid Əhmədov
Vahid Əhmədov - Deputat

“Hesab edirəm ki Ermənistan dövləti Qarabağda can vermək üzrədir. İşğal edilmiş Azərbaycan əraziləri erməni işğalçılarından yavaş-yavaş azad olunur”.

Bunu Bizimyol.info-ya açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov bildirib.

Deputat qeyd edib ki, Ermənistan mülki əhalini və enerji layihələrini hədəfə almaqda məqsədi mühairbənin əhatə dairəsini genişləndirməkdir: “Digər dövlətləri müharibədə iştirak etməyə məcbur edirlər. Amma bu mümkün olan şey deyil. Bu, Ermənsitanın sonuncu təxribatıdır. Bu təxribat da baş tutan deyil.

Dünən Ermənistanın baş nazirinin müşaviri Rusiya televiziya kanalında açıq-aşkar dedi ki onlar xaricdən qüvvələr gətiriblər. O, işğal edilmiş və edilməmiş əraziləri bombaladıqlarını dedi. Onlar çirkin əməllərini həyata keçirməklə özünü dünyada biyabır edirlər. Xüsusilə, dünən axşam Avropanın enerji təhlükəsizliyi sahəsində mühüm yer tutan Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinə raket atmaqla dünyaya mesaj verdilər. Əlbəttə ki Avropa dövlətlərin rəhbərliyi toplanıb Ermənistana qarşı bəyanat verməliydilər. Çox təəssüf ki biz hələ bunu görmürük”.

V.Əhmədov bildirib ki, Ermənistanın planları iflasa uğrayıb: “Azərbaycan ordusu işğal edilmiş əraziləri azad edir. Yəqin ki yaxın günlərdə Azərbaycanın dövlət bayrağı Şuşada, Xankəndində dalğalanacaq”.

Ramid İbrahimov

Paylaş »
››› Rusiyalı hərbi ekspert: Qarabağdakı Ermənistan ordusunun kapitulyasiyası və ya məhvi zaman məsələsidir
››› ABŞ hökuməti xəbərdarlıq edir! Ermənilər Bakıda terror aktları törədə bilər
››› Ermənistanın "tragikomik" yalanları: Türkiyə sənətçilərini Qarabağda "öldürürlər"
››› Araik Arutyunyan Paşinyana məktub yazıb İlham Əliyevlə danışıqlara çağırır
››› “Azərbaycandan çox geri qalmışıq”
Son xəbərlər
Bütün xəbərlər »