Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
“Ermənistanın Bakı-Tbilisi-Ceyhan neft kəmərini hədəfə alması dünyaya meydan oxumaq deməkdir”
Neft kəməri  - BTC

“Ermənistan terrorçu dövlətdir. Zaman-zaman azərbaycanlılara qarşı soyqırım, terror hadisələri həyata keçirib. Ermənistan hərbi-siyasi rəhbərliyin hədəfi mülki əhalidir”.

Bunu Bizimyol.info-ya açıqlamasında hərbi ekspert Emin Həsənli bildirib.

Emin Həsənli Emin Həsənli

Ekspert qeyd edib ki, bu il Tovuz hadisələrində də Ermənistanın enerji layihələrini hədəfə almasını gördük: “Ermənistanın hərbi-siyasi rəhbərliyinin Avropanın enerji təhlükəsizliyi sahəsində mühüm yer tutan Bakı-Tbilisi-Ceyhan neft kəmərini hədəfə alması dünyaya meydan oxumaq deməkdir. Mülki əhalinin və enerji layihələrinin hədəfə alınması beynəlxalq qanunlara, Cenevre konvensiyasına, BMT-nin nizamnaməsinə, ATƏT-in prinsiplərinə, Avropa Şurasının və Avropa Birliyinin qərarlarına ziddir. Təəssüflər olsun ki beynəlxalq birlik tərəfindən Ermənistan cəzalandırılmır.

Ermənistan hakimiyyəti həm öz xalqına, həm də dünya üçün faciə oldu. Ermənistan hərbi-siyasi rəhbərlik region üçün təhdidə çevrilib”.

E.Həsənli bildirib ki, iki əsrdir Ermənistanın speratizmindən və terrorundan əziyyət çəkir: “Speratizm və terror BMT səviyyəsində ən ağır cinayət hesab olunur. Biz beynəlxalq hüququn pozulmasından əziyyət çəkirdik. Buna ancaq Azərbaycan əsgəri yox deyil. Beynəlxalq birlik buna “Dur” demir”.

Ekspert qeyd edib ki, Ermənistan “İsgəndər” raket kompleksindən istifadə edərsə Azərbaycan ordusu ona adekvat cavab verəcək: “Azərbaycan dövləti hansı düşmənlə mübarizə apardığını bilir. Biz bütün stuasiyalara və variantlara hazırıq”.

Ramid İbrahimov

Paylaş »
››› Paşinyan bir cümlə ilə Türkiyəyə qarşı bütün gizli planların üstünü açdı
››› Cəbhədə son vəziyyət: Ermənilərin itkilər verən “Legion” dəstəsi döyüşməkdən imtina edib
››› “New York Times”: “Erməni əsgərlərin cəsədləri həftələrlə ortada qalır, iy verir”
››› Fransız jurnalist Tərtər sığınacaqlarından yazıb - Foto
››› “WarGonzo” Qarabağdan qaçdı
Son xəbərlər
Bütün xəbərlər »