Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Türkiyə Prezidenti Küveyt və Qətərə səfər edəcək
Rəcəb Tayyib Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 7-də Küveyt və Qətərə birgünlük səfərə gedəcək.

Məlumatı Türkiyənin Prezident Administrasiyası yayıb.

Bildirilib ki, Rəcəb Tayyib Ərdoğan Küveytin mərhum əmiri Şeyx Sabahdan sonra hakimiyyətə gələn əmir Şeyx Nəvvaf əl-Əhməd əl-Cabir əs-Sabah ilə görüşəcək.

Türkiyə Prezidenti Küveyt səfərindən sonra Qətərə yola düşəcək. O, Qətər əmini Şeyx Təmim bin Hamed əl-Sani ilə görüş keçirəcək.

Hər iki görüşdə Türkiyə ilə əlaqələr, əməkdaşlığın inkişafı, regional problemlərə dair məsələlər müzakirə olunacaq.(report)

Paylaş »
››› Paşinyan bir cümlə ilə Türkiyəyə qarşı bütün gizli planların üstünü açdı
››› Cəbhədə son vəziyyət: Ermənilərin itkilər verən “Legion” dəstəsi döyüşməkdən imtina edib
››› “New York Times”: “Erməni əsgərlərin cəsədləri həftələrlə ortada qalır, iy verir”
››› Fransız jurnalist Tərtər sığınacaqlarından yazıb - Foto
››› “WarGonzo” Qarabağdan qaçdı
Son xəbərlər
Bütün xəbərlər »