Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ermənistanın 16 raketi havada vurulub"
raket - müharibə

Bir neçə gündür Azərbaycanın dinc əhali yaşayan və müharibə zonasından xeylu uzaqdakı şəhər və rayonları düşmən raketlərinin zərbəsinə məruz qalır. Gəncə şəhəri artıq müntəzəm olaraq hədəfə alınır. Bu da öz növbəsində Hava Hücumlarından Müdafiə Sistemimiz bu raketləri niyə anında məhv etmir sualını yaradır.

Bizimyol.info xəbər verir ki, bu sualın cavabını araşdırmaçı jurnalist Elçin Alıoğlu verib.

Elçin Alıoğlu Elçin Alıoğlu

"Hava Hücumundan Müdafiə sistemimiz niyə işləmir?" sualına cavab olaraq deyirəm.

İşləyir, özü də əla işləyir. Sadəcə, hərbçilərimiz səmada neçə düşmən raketini vurduqlarını açıqlamırlar.

Mənsə açıqlayım: 16 raket havada vurulub.

Ümumiyyətlə isə, hava hücumlarından qorunmağıın ən effektiv yolu sığınacaqlar sisteminin inkişafıdır.

Hər şəhər və hər kəndi hava hücumundan qorumaq üçün heç ABŞ-ın belə, zenit-raket sistemlərinin kifayət qədər olması absurddur.

Özümüzü İsraillə müqayisə etməyək. İsraildə ordu uzunluğu 24 km olan Qəzza bölgəsindən atılan "Kəssam" raketlərindən qorunur.

Bizə isə düşmən "Smerç", "Toçka-U" atır.

"Smerç" mərmisinin dəyəri 45 min dollar, onu vuracaq zenit raketinin qiyməti isə minimum 60 min dollardır.

Daha bir fakt: Mingəçevirlə Gəncədə strateji obyektləri "Barak-8" raket sistemləri ilə də qoruyuruq”,- deyə o bildirib.

İlhamə

Paylaş »
››› Türklərin boykot etdiyi fransız brendləri: “Chanel”, “Christian Dior”, “Renault”...
››› “Bizim üçün ağrılı olan güzəştlərə getməyə hazırıq” - Paşinyan
››› Paşinyan bədbin danışdı: “Atəşkəsi təmin edə bilmirlərsə...”
››› Putindən NATO-ya təklif
››› Erməni əsgəri öz ordularındakı acınacaqlı vəziyyəti, ruh düşkünlüyünü və özbaşınalığı görüntüləyib - Video
Son xəbərlər
Bütün xəbərlər »