Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baş Prokurorluq: Ermənilər Tərtəri atəşə tutub, ölən və yaralananlar var
Baş Prokurorluq

Təcavüzkar Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.

Baş Prokurorluğun Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, düşmən ölkənin silahlı qüvvələrinin yaşayış məntəqələri və silahsızlaşdırılmış zonalar, habelə hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən obyektləri, o cümlədən mülki əhalini hədəfə almaqla 06.10.2020-ci il tarixdə saat 21 radələrində Tərtər rayonunun müxtəlif istiqamətlərdə intensiv atəşə tutması nəticəsində rayonun Qaynaq kənd sakini 1981-ci il təvəllüdlü Məmmədov Həsən Asif oğlu həlak olub, həmin kəndin sakini, 1989-cu il təvəllüdlü Əliyev Dəyanət Qənimət oğlu və Köçərli kənd sakini 1968-ci il təvəllüdlü Həsənov Seyfulla Yaqub oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerində zəruri istintaq tədbirləri həyata keçirilir.

Paylaş »
››› Gəncənin keçmiş icra başçısının nümayəndəsi: “Elmar Vəliyev heç nə bilmir, heç özünü tanımır...”
››› Ermənilər Paşinyanı sosial şəbəkə səhifəsində “yıxıb-sürüyür”
››› Qarabağda qızıldan milyardlar qazanan Rusiya şirkəti təşvişə düşüb
››› Rusiyanın Qarabağ münaqişəsinə müdaxilə etməyə heç bir əsası yoxdur...
››› Ərdoğanın maaşı nə qədər olacaq...
Son xəbərlər
Bütün xəbərlər »