Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ekspert: Mişustinin Ermənistana səfəri təsdiqlənmirsə...
Mixail Mişustin

Bu gün Ermənistan mediasında Rusiyanın Baş naziri Mişustinin bu ölkəyə səfər etdiyi bildirilib. Hərçənd, bu barədə Rusiya KİV-ləri məlumat dərc etməyib. Mişustinin səfəri həqiqətdirsə, bu II Qarabağ savaşında neytral mövqe tutmuş Rusiyanın hərəkətlənməsi anlamına gəlirmi?

Bizimyol.info-nun sualını siyasi şərhçi Əziz Əlibəyli cavablandırır.

Əziz Əlibəyli Əziz Əlibəyli

“Mişustinin Yerevana gəlişi rəsmi şəkildə təsdiqlənmirsə, bu Azərbaycan diplomatiyasının qələbəsidir.İndiki dönəmdə Rusiya baş nazirnin Ermənistana səfəri birbaşa və açıq şəkildə Ermənistana dəstək nümayiş etdirmək olardı. Rusiya kanalları özləri də bildirdilər ki, Putin bu günlərdə Paşinyanın zəngərini cavablandırmır. Mişustin Yerevana gəlişi bu ölkədə gözlənilən hakimiyyət dəyişikliyindən sonrakı dönəmi müzakirə etmək üçündür.Rusiya Paşinyanın devrilməsində maraqlıdır və postpaşinyan dönəminə hazırlıq gedir.Azərbaycan və Türkiyə prezidentlərinin verdikləri birgə bəyanatl ona əminlik yaradır ki, döyüşlər qələbəyə qədər davam edəcək. Azərbaycan Prezidenti dəfələrlə bəyan etdi ki, atəşkəs yalnız o halda ola bilər ki, Paşinyan üzr istəyib qoşunlarını Qarabağdan çəksin”.

Bu gün Müdafiə Naziri Zakir Həsənov Azərbaycan Ordusuna arsenalındakı yüksək dəqiqlikli və böyük dağıdıcı qüvvəyə malik silah növlərini tətbiq etməklə düşmən tərəfinin hərbi-strateji infrastrukturuna böyük zərbələr endirməyi planlaşdırmağı əmr edib.Bu o deməkdir ki, düşmən quduzlaşır və bu məqamda onu dayandırmaq lazımdır. Ermənistandan atılan raketlər bu gün Qarabağdan çox uzaqdakı şəhərlərdə mülki əhalini hədəfə alır. Üstəlik, Ermənistan “İsgəndər” silahını da işə salacağını bildirdi. Müdafiə Nazirimizin bu gün verdiyi tapşırıq məhz bu bəyanatın qarşılığı idi. Bu tapşırıq düşmən tərəfindən "İsgəndər" əməliyyat-taktiki raket komplekslərinin tətbiq olunacağı halda, adekvat tədbir görüləcəyinə dair bəyanatdır”,- deyə Əziz Əlibəyli qeyd edib.

İlhamə

Paylaş »
››› Rusiyalı hərbi ekspert: Qarabağdakı Ermənistan ordusunun kapitulyasiyası və ya məhvi zaman məsələsidir
››› ABŞ hökuməti xəbərdarlıq edir! Ermənilər Bakıda terror aktları törədə bilər
››› MN: Ordumuz düşmənə qarşı yüksək dəqiqlikli silah tətbiq edir - Video
››› Baş Prokurorluq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrinə xəbərdarlıq etdi
››› Qubadlı rayonunun işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
Son xəbərlər
Bütün xəbərlər »