Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Universiada-2023”ün obyektlərinin inşasına 38 milyard rubl xərclənəcək
Yekaterinburq - Rusiya

Yekaterinburqda keçiriləcək “Universiada-2023”ün obyektlərinin inşası və hazırlanmasına xərclənəcək vəsaitin miqdarı 38 milyard rubldan çox olacaq.

Bu barədə Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşev məlumat verib.

İnşaat işlərinin cədvələ uyğun aparıldığını və gecikmələrin olmadığını bildirən qubernator obyektlərin inşası və hazırlanması üçün ilkin vəsaitin ümumi məbləğinin 38 milyard rubldan bir az çox olacağını vurğulayıb.

O, əlavə edib ki, 2020-ci ilin dekabrında voleybol akademiyası, 2021-ci ildə futbol və sambo mərkəzləri, 2022-2023-cü illərdə cüdo mərkəzi, Atletlər kəndi və digər obyektlər təhvil veriləcək.

Universiadanın Yekaterinburqda keçirilməsi ilə bağlı qərar 2019-cu il iyulun 2-də Beynəlxalq Universitet İdmanı Federasiyasının (FISU) İcraiyyə Komitəsi tərəfindən verilib.

Qeyd edək ki, XXXI Ümumdünya Yay Universiadası 2021-ci ildə Çinin Çendu şəhərində təşkil olunacaq. Ötən il İtaliyanın Neapol şəhərində keçirilən XXX Yay Universiadasında Azərbaycan milli komandası 2 qızıl, 3 gümüş və 2 bürünc medal qazanaraq komanda hesabında 18-ci yerdə qərarlaşıb.(azərtac)

Paylaş »
››› Ermənilərdən Putinə daha bir yalvarış məktubu
››› Ermənistanın "tragikomik" yalanları: Türkiyə sənətçilərini Qarabağda "öldürürlər"
››› Cəbrayılın işğaldan azad edilən Minbaşılı kəndinin görüntüləri - Video
››› Prezident işğaldan azad olunan ərazilərimiz barədə xəbər paylaşıb
››› XİN Ceyhun Bayramov və Mayk Pompeonun görüşü barədə məlumat yayıb
Son xəbərlər
Bütün xəbərlər »