Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan Prezidenti bizi də, döyüşçülərimizi də “it” adlandırdı - siyasi şərhçi Nils Arutunyans
Paşinyan  -  Tunayan

Tanınmış erməni siyasi şərhçi Nils Arutunyans yazır: "Hara fırlatsaq da, məğlub olmaqdayıq"...

"Üzləşdiyimiz böyük fəlakət getdikcə özünü daha aydın göstərir"...

“Öz xalqına müraciətində Azərbaycan Prezidenti bizim haqqımızda “onları iti qovan kimi qovuruq” dedi. Bizi də, döyüşçülərimizi də “it” adlandırdı. Ona cavab verən isə yoxdur. Nə yazıq ki, Fransa rəhbəri Makrondan da səs çıxmır artıq. Halbuki Əliyev onun ünvanına sərt eyhamlar söylədi. Hazırkı şəraitdə üzləşdiyimiz böyük fəlakət getdikcə özünü daha aydın göstərir”.

Yuxarıdakı cümlələr “ArmenianReport”un şərhçisi Nils Arutunyansın yeni yayımlanmış yazısındandır.

Erməni müəllifin fikrincə, hazırda Dağlıq Qarabağda onların başına gələnlər əvvəldən yanlış olan geopolitik seçimlərinin “acı meyvələr”idir.

N.Arutunyans yazır ki, çiyin-çiyinə dayanan rəsmi Bakı və Ankaranın bu rahat davranışları müqabilində ermənilərə beynəlxalq aləmdən heç bir real dəstək yoxdur:

“Ancaq başqalarının qarasına danışmaqla bərabər, bizi indiki qorxulu xəttə gətirib çıxaran səbəblər barədə də düşünməliyik.

Bizim rəhbərlik son iki ildə nəylə məşğul idi? Axı Azərbaycan heç də öz planlarını gizlətmirdi. Bakı açıq-aşkar Ankara ilə ittifaqını möhkəmləndirir, çoxlu silah alır, onları paradlarda nümayiş etdirir, hərb məzmunlu bəyanatlar verirdi. Bəs biz nə edirdik? Təəssüf ki, avaralanırdıq”.

Erməni şərhçi acıqlı tonda yazır ki, belə məlum olur, erməni ordusu hazırlıqlı deyilmiş, müdafiə xəttində boşluqlar varmış:

“Xüsusən, PUA-lara qarşı əlimizdə heç nə yoxdur, hərçənd ki, 2016-cı ilin aprel döyüşləri bu baxımdan bizə dərs olmalıydı. Bunun əvəzinə biz yalnız Paşinyanla David Tonoyanın (Ermənistanın müdafiə naziri) gurultulu bəyanatlarını eşidirdik.

Hətta müdafiə naziri keçən il yeni ərazilər zəbt etməkdən dəm vururdu. Gücün yoxdursa, belə sözlər nəyə lazımdır? Ümumiyyətlə, sən hara baxırdın axı, David? İndi məğlubiyyəti nəylə izah edəcəksən? Bəli, hara fırlatsaq da, indi biz məğlub olmaqdayıq. Ərazilər əldən gedir, təhlükə Şuşaya, Stepanakertə (Xankəndi) yaxınlaşır, oralar bombalanır.

Məgər Paşinyan belə bir ehtimalı düşünməyibmi? O niyə belə avamlıq edib? Suallar çoxdur. Fakt isə budur ki, Paşinyan hakimiyyətə gələnə qədər biz belə dəhşətli vəziyyətə düşməmişdik.

İndi ki belədir, bütün bunlara görə cavab versin gərək! Bütün komandası ilə birlikdə! Və istefaya getməklə də iş bitmir. Onlar məğlubiyyətə görə hərb dövrünün sərt qanunları ilə mühakimə olunmalıdır!” (visiontv.az)

Paylaş »
››› Ordumuz Bərdəni atəşə tutan dəstələrin başına od yağdırdı - Video
››› İş adamından "Mersedes" hədiyyə alan əsgərdən açıqlama: Bayrağı Xocalıda asacağam
››› Ərdoğandan qorxan Makron Rusiyanın ətəyindən yapışdı
››› Bərdə yenidən raket atəşinə tutulub, azı 14 mülki şəxs ölüb - Video
››› Türkiyə təbii qazın ardınca qızıl yatağı da tapdı
Son xəbərlər
Bütün xəbərlər »