Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Daha bir şirkət Orduya dəstək göstərdi
Mübariz İbrahimovun düşmən qüvvəsini məhv etdiyi posta Azərbaycan Bayrağı sancılıb

“Hər bir vətəndaş kimi təsisçimiz işğal altında olan torpaqlarımızın azadlığı, dövlətimizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək olmaq və arxa cəbhə olaraq imkanlar daxilində ön cəbhəyə yardım etmək məqsədilə şirkət adından Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna ianə edib”.

Bu barədə Bizimyol.info-ya məlumatı “Perfect Rate Consulting” MMC-dən verilib.

Şirkətdən bildirilib ki, əməkaşları tezliklə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını arzulayır.

“Perfect Rate Consulting” MMC 07.06.2019 tarixində qeydiyyata alınıb. Təsisçi 3-cü qrup əlil, talassemiyalı bir gəncdir. Hazırda mikro sahibkarlıq subyektidir.

Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə Silahlı Qüvvələrimizin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb.

Ramid İbrahimov

Paylaş »
››› İlham Əliyev: “Bunların dərdi-azarı Ermənistanı bu vəziyyətdən çıxarmaqdır”
››› MN: Ordumuz düşmənə qarşı yüksək dəqiqlikli silah tətbiq edir - Video
››› Qubadlı rayonunun işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
››› Baş Prokurorluq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrinə xəbərdarlıq etdi
››› Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
Son xəbərlər
Bütün xəbərlər »