Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanın raketləri niyə partlamır? – Ekspert rəyi
Ermənistanın raketləri niyə partlamır? – Ekspert rəyi

“Raketlərin saxlanması alınmasından bahadır, ona görə erməni raketləri partlamır”.

Bu fikirləri Bizimyol.info-ya verdiyi açıqlamada hərbi ekspert Ramil Məmmədli səsləndirib.

Ramil Məmmədli - hərbi ekspert Ramil Məmmədli

“Raketlərin saxlanılması alınmasından baha başa gəlir. Onun saxlanma şəriaiti, qulluq qaydaları, ona tökülən mayelər və bu mayenin dəyişdirilməsi hamısı xərc tələb edir. Əks təqdirdə atəş açılan zaman o raket və döyüş başlıqları işə düşmür, düşsə də effektiv olmur.Ermənistanın müəyyən problemlərlə bağlı xərclərini azaltmaq üçün raketlərə qulluq göstərməyib, ona görə atəş açırlar, raket gəlir düşür, amma partlamır”,- deyə ekspert qeyd edib.

“Raketlərin istifadə müddəti var. İstifadə müddəti bitməyinə az qalmış belə raketləri təlimlərdə istifadə edirlər və ya ləğv olunmaya gedir.Azərbaycan ordusunda bu belədir. Görünür ki, ermənilər ya köhnə raketlər alıblar, ya da çoxdan aldıqları raketlərdən istifadə edirlər”, deyən Ramil Məmmədli düşmən tərəfindən dinc əhaliyə atılan qadağan olunmuş kasetli bombalar haqqında da danışdı

“Gəncəyə atılan raketlər “Smerç” yaylım atəş sistemi ilə atılıb. Onun mərmiləri, yəni raketləri 3 hissədən ibarət olur.Birinci termobollik,yəni zireh dələn, digəri qəlpəli, yəni şəxsi heyət əleyhinə, üçüncüsü isə, kasetlidir yəni döyüş başlığı daşıyır. Kasetli bombaların içərisində həm də kimyəvi silahlar olur. BMT bu silahların isifadəsini qadağan edib.

Azərbaycanda kasetli silahların istehsalı, ehtiyatının toplanması, ölkə ərazisindən daşınması və istifadəsi faktı qeydə alınmayıb. 2016-cı ilin Aprel döyüşlərindən sonra iki ərazidə partlamamış M095 DPICM və 9M55K tipli kasetli silaha rast gəlinib. Azərbaycanın kasetli silahların qadağan olunmasına dair Konvensiyaya ərazisinin bir hissəsi başqa ölkənin silahlı qüvvələri tərəfindən işğal olunduğu üçün qoşula bilmir. Digər tərəfdən bu gün qonşu dövlətlərdən hec biri, o cümlədən də Ermənistan bu konvensiyaya qoşulmayıb. Konvensiyaya qoşulan dövlətlər kasetli silahların istehsalı, daşınması, yayılması və tətbiq edilməsinin qadağan olunması üzrə öhdəliklər götürür. Azərbaycan bu Konvensiyanın müddəalarını qəbul edir.

Kasetli silahların tərkibində 566 sayda xırda hissəciklərin olduğunu vurğulayan ekspert söylədi ki, bu silahların 10 faizi yerə düşdükdə partlamır. Bu da sonradan böyük fəsadlar törədir.

Hazırda Ermənistan Ordusunun Qarabağda yerləşən hərbi hissələrinin arsenalında kasetli sursatlar ata bilən sovet istehsalı 122 mm-lik “Qrad” və 220 mm çaplı “Uraqan”, Çin istehsalı WM-80 reaktiv yaylım atəş sistemləri var: Qarabağ ərazisində kasetli sursatllarla atəş aça bilən yeganə sistemi WM-80-dir. Hərbçilərimiz də bu sursatın Azərbaycan və Ermənistanın istifadəsində yer alan və faktiki olaraq son döyüşlərdə istifadə edilmiş artilleriya sistemlərindən heç birində olmadığını deyirlər. Kasetli silahlar rəqibin canlı qüvvəsini və infrastruktrunu sıradan çıxarmaq üçün nəzərdə tutulur. Sursat bəlli məsafədə açılır və daxilindəki çox sayda sursat ətrafa səpələnir. Kasetli silahların acı nəticələri heç də piyadalar əleyhinə minalardan az deyil. Müharibədən sonra da qurbanları olur

Azərbaycan ərazisində minaların təmizlənməsi prosesi başlanandan bu günədək 12 min 500 belə xırda hissəcik aşkar edilərək götürülüb.

İndiyədək kasetli silahların təsirinə məruz qalmış 30 ölkə və ərazi siyahısına Azərbaycan da daxildir.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »