Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“İnsanlar yenidən kütləvi xəstələnə bilər”
Milli Məclis

Milli Məslisin komitə sədri: “Ordumuzun təhlükəsizliyi üçün özümüzü koronavirusdan qorumalıyıq”

“İnsanlar ordumuza qan vermək kömək etmək istəyir. Ancaq COVİD-19 pandemiyası ilə bağlı ordumuzu qorumalıyıq”.

Bunu Milli Məclisin bu günkü plenar iclasından əvvəl media nümayəndələri üçün keçirilən brifinqdə, Milli Məclisin səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.

Rəşad Mahmudov

O bildirib ki, payız fəsli ilə bağlı olaraq yeni tipli koronavirus infeksiyası alovlana bilər: “Dünya səhiyyəsi hələ ki bu vəziyyət qarşısında acizdir. Bəli, həkimlərimiz əllərindən gələni etməyə çalışırlar. Amma hələ də bu problemin əlacı ancaq özünü qorumaq, gigiyenik qaydalara əməl etməkdir. İnanlar yenidən kütləvi xəstələnib xəstəxanalara qayıda bilər. Eləcə də. Ordumuzu bu infeksiyadan qoruçaq lazımdır”.

Rəşad Mahmudov deyib ki, Azərbaycan ordusu ön cəbhədə qəhrəmanlıq göstərir, canını qoyur: “Biz də ordumuza kömək etmək istəyiriksə, ilk növbədə özümüzü COVİD-19 infeksiyasından qorumalıyıq. Fiziki sağlamlığımızı qorumaqla da ordumuza böyük dəstək vermiş olarıq. Çünki pandemiya yenidən alovlansa, dövlətin imkanlarınınln böyük bir hissəsi ölkə vətəndaşlarının müayinə və müalicəsinə sərf olunacaq. Bu gün isə biz qələbə üçün bütün gücümüzü səfərbər etmişik və etməliyik”.

Gülnarə ƏMİRQIZI

Paylaş »
››› İran qəzeti satışa Makronun əcaib karikaturası ilə çıxdı - Foto
››› Tramp Qarabağ haqda danışdı: “Gözləntilərim doğrulmadı”
››› İslam ölkələri Ərdoğanın fransız mallarını boykot çağırışına qoşulur
››› Xalq artistinin qardaşı oğlu şəhid olub - Foto
››› Kanada Türkiyəyə dron motorları satmaqdan imtina edib
Son xəbərlər
Bütün xəbərlər »