Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə XİN: “Kanada Dağlıq Qarabağ problemi bəhanəsi ilə Türkiyəyə ikili standartla yanaşır”
XIN - Türkiyə Xarici İşlər Nazirliyi

“30 ildir Ermənistanın işğalında qalan torpaqları uğrunda Azərbaycanın apardığı mübarizəyə Türkiyənin guya bəzi hərbi vasitələrlə dəstək göstərməsi iddiası ilə Kanadanın ölkəmizə bir çox texnologiya avadanlıqlarının ixracını dayandırması onun ikili standartla yanaşmasının sübutudur”.

Türkiyə Xarici İşlər Nazirliyindən verilən açıqlamada belə bildirilib.

Qeyd edilib ki, Yəməndəki böhrana səbəb olan ölkələrə silah ixrac etdiyi üçün BMT mütəxəssislərinin hazırladığı hesabatlarda da tənqid olunan Kanada bu hərəkətini regional təhlükəsizliyə töhfə kimi izah etdiyi halda NATO müttəfiqi Türkiyəyə bəzi məhsulların ixracatını bloklamasını şərh etməlidir: “Kanada, xüsusən “Barış Bulağı” əməliyyatları başladığımız dövrdən bəri ölkəmizə hərbi maddi ixracat icazələri baxımından müttəfiqlik ruhuna uymayan bir şəkildə əngəllər yaradır və əməkdaşlıqdan uzaq davranış nümayiş etdirir. Türkiyə hərtərəfli ixrac nəzarəti rejiminə malikdir və sözügedən rejimdən irəli gələn vəzifələrini də ciddi şəkildə yerinə yetirir”.

Açıqlamada daha sonra bildirilib ki, Türkiyə Kanadadan ikili standartlardan uzaq siyasət yürütməsini gözləyir: “Kanadaya Türkiyə əleyhinə olan çevrələrin təsiri altında qalmamasını və kiçik siyasi mənfəətlərinin badına getməməsini tövsiyə edirik”.

Qeyd edək ki, Türkiyədə istehsal olunan İHA və SİHA havadan müdafiə vasitələrində istifadə olunan kamera sistemləri Kanada şirkətlərindən ixrac edilir.

Kanadanın Xarici İşlər Nazirliyi Dağlıq Qarabağda istifadə etdiyi iddiaları ilə Türkiyəyə bu kamera sistemlərinin ixracatını dayandırmaqla bağlı bəyanat yayıb.(apa)

Paylaş »
››› Ordumuz Bərdəni atəşə tutan dəstələrin başına od yağdırdı - Video
››› ABŞ prezidentliyinə namizəd Baydendən Azərbaycana qarşı davakar açıqlama
››› Ermənilər indi də Krasnodar Erməni Respublikası qurmağa başlayıblar
››› Ərdoğandan qorxan Makron Rusiyanın ətəyindən yapışdı
››› Ermənilər Qarabağa görə ABŞ-da yolu bağladı, sürücü düşüb 3 nəfəri bıçaqladı
Son xəbərlər
Bütün xəbərlər »