Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Hikmət Hacıyev: "Azərbaycan Ordusu vətəndaşların təhlükəsizliyini təmin etmək üçün əks-hücuma keçib"
Hikmət Hacıyev

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın hərbi təxribatları ilə əlaqədar “Ukraina-24” telekanalına müsahibə verib.

Bizimyol.info AZƏRTAC-a istinadən xəbər verir ki, Prezidentin köməkçisi müsahibəsində Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatları və dövlətimizin özünün suveren ərazisini müdafiə etməsi, mülki insanlarımızın, obyektlərimizin atəşə məruz qalması barədə danışıb.

H.Hacıyev bildirib ki, Azərbaycan 30 ilə yaxındır münaqişənin din yolla həllinə çalışıb. Azərbaycan ATƏT-in Minsk qrupu formatında münaqişənin həllində maraqlı olub, lakin Ermənistan həmişə qeyri-konstruktiv mövqe nümayiş etdirib.

“Ermənistanın baş naziri “Qarabağ Ermənistandır və nöqtə” deməklə danışıqlar prosesini pozmaqda maraqlı olduğunu göstərib, qeyri-konstruktivlik nümayiş etdirib. Bundan başqa, Ermənistan ordusu təxribatlar törədərək Azərbaycanın mülki insanları qətlə törətməyə, evləri, mülki obyektləri atəşə tutmağa başlayıb. Azərbaycan Ordusu vətəndaşların təhlükəsizliyini təmin etmək üçün əks-hücuma keçib”, - Prezidentin köməkçisi əlavə edib.

H.Hacıyev, həmçinin Azərbaycan və Ukraynanın bir-birinin ərazi bütövlüyünü dəstəklədiklərini xatırladıb, bunun beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olduğunu söyləyib.

Paylaş »
››› “Son anda Kəlbəcər və Laçının qaytarılmasından imtina etdilər” - İlham Əliyev
››› Ermənistanın Qarabağdan çıxması an məsələsidir - Rusiya KİV
››› Ukrayna İrana təzminat ödətdirir
››› Koronavirusla adi qripin fərqi
››› “Əgər orduya kömək etmək istəyirsinizsə,..” - Hərbi ekspertdən çağırış
Son xəbərlər
Bütün xəbərlər »