Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Nikol Paşinyan yenidən səfərbərlik elan etmək məcburiyyətində qalıb
Nikol Paşinyan

Döyüş meydanında məğlubiyyətlə üzləşən və şəxsi heyət baxımından ciddi itkilərlə üzləşən Ermənistan çıxılmaz duruma düşüb.

APA-nın məlumatına görə, artıq itirilmiş hərbçilərin yerini doldura bilmədiklərini görən Ermənistanın Baş naziri Nikol Paşinyan yenidən səfərbərlik elan etmək məcburiyyətində qalıb.

Ermənistanın Baş naziri bu dəfə son bir il ərzində ordu sıralarından tərxis edilmiş hərbi qulluqçuların ümumi səfərbərliyini elan edib.

Halbuki Ermənistan qanunvericiliyinə görə, son bir il ərzində ordu sıralarından tərxis olunmuş hərbi qulluqçular ümumi səfərbərliyə cəlb oluna bilməzlər.

Bu, Azərbaycan Silahlı Qüvvələrinin sentyabrın 27-də başladığı əks-həmlə əməliyyatından sonra cəbhədə ağır məğlubiyyətlərə düçar olan Ermənistan ordusunun şəxsi heyət və kadr çatışmazlığı ilə üzləşdiyini göstərir. Çıxılmaz durumda qalan Ermənistan baş naziri qanunları pozmaqdan belə çəkinmir.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin sentyabrın 27-də başladığı əks-həmlə əməliyyatından sonra Ermənistanda ümumi səfərbərlik elan olunmuşdu.

Paylaş »
››› “Son anda Kəlbəcər və Laçının qaytarılmasından imtina etdilər” - İlham Əliyev
››› Ermənistanın Qarabağdan çıxması an məsələsidir - Rusiya KİV
››› Ukrayna İrana təzminat ödətdirir
››› Koronavirusla adi qripin fərqi
››› Düşməndən əldə olunan hərbi qənimətlərin növbəti görüntüsü - Video
Son xəbərlər
Bütün xəbərlər »