Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Moldova parlamentinin deputatı: “Dondurulmuş münaqişələr bölgədə təhlükəsizliyə və sabitliyə təhlükə yaradır”
Dmitru Dyakov
Moldova parlamentinin deputatı, parlamentdə Moldova Demokrat partiyasının fraksiya sədri Dmitru Dyakov Facebook sosial şəbəkədəki səhifəsində Dağlıq Qarabağ münaqişəsinin eskalasiyasına toxunmuşdur. “Bir çox digər postsovet respublikaları kimi, Moldova Respublikası separatçı müharibələrin dəhşətlərini yaxşı bilir. Ermənistan-Azərbaycan münaqişəsi zonasında mülki əhali arasında çoxsaylı insan tələfatı ilə nəticələnən dramatik hərbi toqquşmalar bir daha onu sübut edir ki, dondurulmuş münaqişələr bölgədə təhlükəsizliyə və sabitliyə təhlükə yaradır, eyni zamanda bizim dövlətlərin beynəlxalq tanınmış səviyyədə sərhədləri çərçivəsində ərazi bütövlüyünün tanınmasının vacibliyini göstərir”, -dəyə deputat bildirib.

O həmçinin Azərbaycan ilə Moldova arasında ikitərəfli münasibətlərə toxunub. “Uzun illər ərzində Moldova ilə Azərbaycan ölkələrimizin müstəqilliyi və suverenliyinin möhkəmlənməsində sıx əməkdaşlıq edirlər. Bu, müxtəlif beynəlxalq təşkilatlar və parlamentlərarası əməkdaşlıq paltformalarındakı bizim sıx əlaqələrimiz və birgə təşəbbüslərimizdə özünü biruzə verir”, - Moldova parlamentinin deputatının müraciətində deyilir.

“Azərbaycan Respublikası ilə Moldova Respublikası 30 illik müstəqilliyi dövründə möhkəm dostluq və qarşılıqlı həmrəylik münasibətləri ilə bağlıdırlar. Bunu mən Azərbaycan Milli Məsclisinin sədri xanım Sahibə Qafarova ilə bu yaxında baş tutan son görüşümdə də vurğuladım. Söhbətimiz zamanı Moldova Respublikası ilə Azərbaycan Respublikası qanunverici orqanları arasında səmərəli ikitərəfli parlament münasibətlərinin möhkəmlənməsində maraqlı olduğumuzu qeyd etdim”,-deyə D.Dyakov yazır.

O Moldova Demokrat partiyasının fraksiya üzvləri adından Dağlıq Qarabağdakı silahlı münaqişənin sülh yolu ilə həll olunacağına ümid etdiyini bildirib. “ Moldova Demokrat partiyası döyüşlərə son qoymaq, etimad tədbirlərinin gücləndirilməsi, Dağlıq Qarabağ münaqişəsi zonasında iki ölkə arasında gərginliyin azaldılması və münaqişənin BMT Təhlükəsizlik Şurasının qərarlarını rəhbər tutaraq, ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar yolu ilə həllinə çağırır”, - deputatın yazısında bildirilir.

Paylaş »
››› Martın 8-nə olan hava proqnozu
››› Putinə evlənməyi təklif edən qadın prezidentin buna reaksiyasından danışdı
››› Səfir üzərindən Azərbaycana qarşı kampaniyanı kim təşkil edir - erməni izi...
››› Külək Bakı-Qazax yolunda "Kamaz"ı aşırıb - Foto
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Azərbaycanda qadın başına dəmir düşməsi nəticəsində ölüb
››› Dönərxanada zəhərlənmə olub, 17 yaşlı gənc ölüb
Son xəbərlər
Bütün xəbərlər »