Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
2 ilə Qarabağ Azərbaycanın ikinci ən böyük iqtisadi zonası olacaq - Ekspert
2 ilə Qarabağ Azərbaycanın ikinci ən böyük iqtisadi zonası olacaq - Ekspert

Bizimyol.info-nun suallarını sosioloq, Altay Sosial- İqtisadi Araşdırmalar Mərkəzinin sədri Elçin Bayramlı cavablandırır.

- Elçin bəy, artıq qələbəyə, Qarabağa çox yaxınıq. 30 illik həsrətə,işğala son qoyulur. İstərdim deyəsiz, Qarabağın və ona bitişik rayonların işğaldan azad edilməsi ilə bizim iqtisadi qazancımız nələr olacaq?

Elçin Bayramlı Elçin Bayramlı

-30 ildən artıqdır biz Azərbaycan torpaqlarının 20 faizini itirmişik, istifadə edə bilmirik. Bu 20 faiz ərazi ölçü vahididir. Lakin, onun Azərbaycan iqtisadiyyatında rolu 30 faizə bərabərdir. Çünki, Qarabağ Azərbaycanın ən məhsuldar torpağı idi. Həm turizm, həm aqrar sektor, həm faydalı qazıntılar baxımından Qarabağ torpaqları tükənməz sərvət mənbəyidir. İşğal nəticəsində Azərbaycana 300 milyard ziyan vurulub. 30 illik müddəti və bu müddətdə əldə ediləcək qazancı da nəzərə alcaq, itkilərimizin miqdarını düşünün. 300 milyard dəfələrlə artmış olar. Həm ərazilərimizi dağıdıblar, həm ekoloji zərər çəkmişik, həm qazancımızdan olmuşuq. Təkcə Sərsəng su anbarının işğalı Azərbaycanda suvarmada böyük problemlər yaratdı.

-Qurub yaratmağa necə başlayacağıq?

-Hesab edirəm, hökumətin işğaldan azad edilmiş torpaqların bərpası ilə bağlı proqramı var. Bu proqramın bəzi məqamları bizə məlumdur.Ərazilərdə təxminən 70-80 faiz bərpa işlərinə ehtiyac var. Burda əsas məsələ maliyyə məsələdir. Bizim 50 milyard dollara yaxın ehtiyatımız var. Bunlar xarici banklarda, müxtəlif yatırımlar, aktivlər şəklində saxlanır. Biz onların bir hissəsini yönəltsək, bir-iki il ərzində Qarabağı müasir formada abadlaşdıra, turizm üçün cəlbedici vəziyyətə gətirə bilərik. Bərpa üçün yalnız dövlət resursları yox, özəl şirkətlər, investorlar cəlb oluna bilər. Azərbaycanın investisiya reytinqi yüksəkdir, bu məsələ problem olmayacaq. Sürətlə bərpa və və inkişaf baş verəcək.

- Bu 30 il ərzində Qarabağa turistlər gəlirdi? Çünki, alınan kəndlərimizə, şəhərləriməzə baxsaq abadlıq işləri aparılıb, infrastruktur bərbad vəziyyətdə deyil.

- Bəli, Fransadan, Hindistandan bura turistlər gəlirdi, onlar Ermənistana gəlmək adıyla ildə minlərlə turist qəbul edirdilər. Qarabağın turizm üçün böyük potensial var.Xüsusən, mineral sular, tibbi turizm üçün əvəzsizdir bu torpaqlar.

-Qarabağda əsasən hansı iqtisadi sahələr inkişaf etdirilə bilər?

-Orda əvvəllət yüngül sənaye, tekstil tikinti materialları, mineral suların istehsalı, turizm və aqrar sektor inkişaf edib, indi yenə o potensial var. Qarabağda öncə minalardan təmizlənmə üçün iş aparılmalıdır, bunun üçün bir il vaxt lazım olacaq. Paralel olaraq da quruculuq işləri.2 il sonra Azərbaycan iqtisadiyyatında Qarabağ Abşeron iqtisadi zonasından sonra ikinci böyük iqtisadi zonaya çevriləcək.

-Necə düşünürsünüz, Qarabağda köçürülmə, məskunlaşma hansı formada həyata keçirilməlidir?

- Ordan 700 min civarında köçkünümüz var, bu ailələrin illər ərzində artmasını da nəzərə alsaq, qarabağlıların sayı bir milyondan çoxdur. Köçkünlər Bakıda müvəqqəti yaşayış əsasında qeyddə idilər. Tikilən evlər müvəqqəti yaşayış üçün verilmişdi. Hamı qayıtmaya bilər təbii. Amma ən azı 70-80 faiz qayıtmaq istəyəcək. Üstəlik, dövlət burda məskunlaşmanı stimulladırmaq üçün tədbirlər görəcək ki, qaçqın köçkün olmayan vətəndaşlar da Qarabağa köçməyə maraqlı olsunlar. Məsələn faizsiz kreditlər veriləcək, əlavə güzəştlər olacaq, torpaq veriləcək. Buna görə 2 il ərzində Qarabağda bir milyon əhalini məskunlaşdırmaq olar. Üstəlik, Ermənistandan qaçmış əhalinin bir hissəsi hələ də çətin vəziyyətdə yaşayır, onlar da könüllü olaraq getmək istəyəcəklər.

- Bu bir həftə ərzində sizcə hərbi sirr deyilsə müharibəyə nə qədər xərc çəkirik?

-Ermənilər də etiraf edir ki, ordumuz tərəfindən görünməmiş sxılıqda atəş açılır. Ordu buna hazırlıqlı idi. Bizim bir həftədə cəbhədə xərclədiyimiz vəsait Ermənistanın hərbi büdcəsindən təxminən iki dəfə çoxdur. Tutaq ki, bir milyard hərbi büdəcləri var ( ümumi büdcələri 3,5 milyarddır) ,biz onlara bir milyardlıq sursat istifadə etmişik. Bu sonda bilinəcək. Amma bu müharibəyə iqtisadi cəhətdən yanaşsaq, Qarabağ zonası bu zərəri bir il ərzində ödəyəcək. Tək bir qızıl yatağından əldə edilən gəlir buna kifayətdir.

- Ermənilərin partlamayan raketləri barədə də danışaq.

Mərmi və raketlərin konkret müddəti var. Köhnə silahları alıb yığmaqla deyil, o daim təzələnməlidir, modernləşdirilməldir, bunun üçün külli miqdarda vəsait tələb olunur. Köhnə silahı atırlar deyə çoxu partamır. Bu mərmilərin 5 il müddəti var . Ona görə, çoxu partlamır, sancılıb qalır yerdə

-Bəs dünyada bu partlamayan kaset silahları nə üçün qorxunc deyə kateqoriyaya ayırırlar. O qədər də qorxunc deyilmiş.

Bu strateji silahlar deyil. Bizdə də, Ermənistanda da strateji silahlar yoxdur. Bizim kimi ölkələrə yaxın və orta mənzilli raketlər, silahlar satılır, o da lokal müharibələr üçün. Böyük mənzilli raketlərə Ermənistanın gücü də çatmaz. Bizim isə ehtiyacımız yoxdur. O atdıqları mərmilərin böyük dağıdıcı qüvvəsi yoxdur, bizə elə də zərbə vura bilməz. Amma bizim onların silahından qat- qat güclü olan bircə mərmimiz hərbi strateji obyektlrinə düşsə, külli ziyan çəkə bilərlər. Bu təxribat xarakterli addımdır sadəcə.Biz onlara atsaq, erməni həmişəki həyasızlıqla ölmüş adamları bizim raketin yanına yığıb deyəcək ki, Azərbaycan Yerevanı vurdu, əhalini qırdı və.s.Bizim komandanımız nə etdiyini bilir, addım -addım qələbə qazanırıq. Müharibədən sonra Ermənistan bizə zərbə endirmyə qalxsa, buna beynəlxalq səviyyədə cavab veriləcək. İndi siyasi , diplomatik, informasiya, kiber müharibəsi paralel gedir. Biz hər sahədə irəlidəyik.Onların əlində qalan son çarə təxribatdır, yalan məlumatlardır. Suriya ordusunun xüsusi təyinatlıları bizim tərəfimizdən döyüşür deyirlər. Suriyanın özünə kömək edən lazımdı.Bizim özümüzün kifayət qədər silahımız, əsgərimiz generalımız var. Qələbəyə isə az, lap az qalıb.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »