Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Elçin Alıoğlu: Ermənistanın başına Paşinyandan böyük bədbəxtlik gələ bilməzdi
Elçin Alıoğlu: Ermənistanın başına Paşinyandan böyük bədbəxtlik gələ bilməzdi

Davam edən müharibə fonunda hər saat həyəcanlı xəbərlər almaqdayıq. Bizim üçün müjdəli xəbərlərin ardı- arası kəsilmədikcə küncə sıxılmış düşmən dinc və mülki əhaliyə hücumları davam etdirir. Ermənistanın müharibədən uzaq Azərbaycan regionlarına atdığı raket zərbələri müzakirə mövzumuzdur.

Suallarımızı araşdırmaçı jurnalist Elçin Alıoğlu cavablandırır.

Elçin Alıoğlu Elçin Alıoğlu

-Paşinyanın istefa xəbərləri səslənir. Bu real olarsa Paşinyann gedişilə Ermənistan zaman qazana bilərmi?

- Paşinyanın gedişinin bizim apardığımız antiterror əməliyyatlarına dəxli yoxdur. Çünki biz, öz ölkəmizin ərazisində əks-hücuma keçmişik, torpaqlarımızı işğaldan təmizləyirik. Kimsə bizə dur deyə bilməz.

- Mingəçevirə, Abşerona Ermənistan ərazisindən raketlər atıldı.BMT Nizamnaməsinin 51-ci maddəsinə görə, işğal altındakı dövlət müharibəni qonşu dövlətin ərazisində apara bilər. Biz bu addımı niyə atmırıq?

- Azərbaycanın şəhər və rayon mərkəzlərini vurmaqla Ermənistanın özü özünə qarşı real təhlükə rəvacını yaradıb, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının şərtlərini pozub, Rusiya üçün yeni və əlavə təhlükə formalaşdırıb.Azərbaycan artıq döyüş əməliyyatlarını asanlıqla Ermənistan ərazisinə keçirə bilər.Beynəlxalq hüquq bizə bu haqqı tam verir. Amma biz münaqişənin arealının böyüməsini istəmirik. Düşmən hava hücumundan müdafiə sistemlərinin 78 faizi, ağır zirehli texnikasının 65 faiizini, orta və yüngül zirehli texnikasının 62 faizini, nəqliyyat vasitələrinin 71 faizini, artilleriya sistemlərinin 62 faizini itirib.

Ermənilərin Qarabağdakı 9 Müdafiə Rayonlarından ikisi darmadağın olunub. Qarabağda ermənilərin cəbhəsinin ümumi uzunluğu 300 kilometr, səfərbərlikk potensialı isə cəmi 30 min nəfərdir.

Yəni cəbhənin hər 1 kilometrinə 99 nəfər, dağlıq ərazilərdə isə relyef nəzərə alınmaqla 1,54 nəfər düşür.

Belə müdafiə sistemi ötən 20 il ərzində effektiv olsa da, indi ordumuzun yüksək texnologiyalı və ən müasir silahlarla hərbi texnologiyaları qarşısında darmadağın olur, çökür, məhv olur.Ona görə son çırpınışlarla təxribatlara əl atır ki başqa dövlətlərdən özünə aman diləsin. Amma bu dəstəyi almır. Faktiki olaraq indi Rusiya özü onu cəzalandıra bilər, çünki Rusiyanı da təhlükə qarşısında qoyur. Sırf Türkiyəyə olan düşmən münasibətlərinə görə, yalnız Yunanıstan və Fransa tərəfindən dəstək ala bilir. Avropada qalan heç bir dövlət Ermənistanı dəstəkləmir.

-Dünən Paşinyan Merkellə telefon danışığı aparıb.

-Aparıb, amma Merkel faktiki olaraq Paşinyana bildirib ki. sən yanlış addım atırsan, Azərbaycanla danışıqlar masasına oturmalısan. Ümumiyyətlə Ermənistanın ən böyük bədbəxtliyi onda oldu ki, onun rəhbərliyinə Paşinyan gəldi.Bu adam danışıqlar prosesini dayandırdı, sərsəm bəyanatlar verdi, Rusiya ilə münasibətləri kəskinləşdirdi, siyasi savadsızlıq nümayiş etdirdi.

 - Yenidən Ermənistanın atdığı raket zərbələrinə qayıdaq. Strateji obyektlərimizin qorunma səviyyəsi nə dərəcədədir? Ermənistan Bakını vura bilərmi?

Ermənistan heç bir şey edə bilməz. Bizim müdafiə arsenalımız, Hava Hücumlarından Müdafiə Sistemimiz çox yüksək səviyyədə qurulub.Strateji obyektlərimiz yüksək səviyyədə qorunur. Bu vətən müharibəsidir. Raket də düşə bilər, mərmi də. Bu heç bir halda inamımızı azalda bilməz. Ordumuz güclüdür və irəliləyir. Ermənistan ordusundakı hər bir hücum silahına qarşılıq verəcək silahlarımız var. Ermənistan sadəcə bu addımı əhalidə panika yaratmaq üçün atdı. Amma bizim xalqda elə bir ruh yüksəkliyi, elə bir əzm var, biz raketdən yox, müharibənin dayanmasından qorxuruq. Amma müharibə dayanmayacaqş Dünən cənab prezident də çıxışında bildirdi, işğal altındakı ərazilərimizdən son terrrorçu, təxribatı çıxarılana qədər savaş davam edəcək, Qarabağ bizim olacaq.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »