Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ekspert: Ermənistanın ehtiyatları müharibəyə ən çox 1 ay davam gətirər
Ekspert: Ermənistanın ehtiyatları müharibəyə ən çox 1 ay davam gətirər

“Beynəlxalq ekspertlərin hesablamalarına görə Ermənistan bütün imkanlarını tam səfərbər etsə belə maksimum 1 ay müharibəyə davam gətirə bilər. Faktiki defolt ölkədir. Bizdə isə bu müddət illərlə ölçülür. Təkcə strateji rezervlər 50 milyarddır”.

Bu fikirləri sosioloq, Altay Sosial İqtisadi Araşdırmalar Mərkəzinin sədri Elçin Bayramlı səsləndirib.

“Müharibənin davamı üçün külli miqdarda sursat tələb olunur. Bizdə bu sənaye var Ermənistanda isə yoxdur. 30 illik müdafiə sistemləri hər yerdə yarıldı. Bundan sonra ordunun irəliləyişi sürətli keçəcək. Əsas çətinlik Şuşada olacaq ki onu da mühasirədə saxlayıb təslim etmək olacaq. O şəhər döyüşdə dağılmamaldır. O cümlədən də Xankəndi. Bu ikisi gözəl və hazır şəhərlərdir. Bir az əl gəzdirmək kifayət edəcək”,- deyən ekspert qələbədən sonrakı fəaliyət planı barədə çox maraqlı fikirlər səsləndirib.

Ümumiyyətlə Qarabağın bərpası üçün sürətli proqramla cəmi 2 il kifayət edər. Burada xeyli yeni iş yerləri yaranacaq. İlk 1 ildə azı yarım milyon nəfər köçkünü yenidən məskunlaşdırmaq mümkündür. Daha sonra növbəti yarım milyonu. Bakının yükü də xeyli azalacaq. Boşalan yüz minlərlə mənzil sosial ev fonduna yönəldiləcək. Nəticədə yüz minlərlə insan mənzil ala biləcək.

Bu qələbədən sonra ölkəmizin həll edəsi böyük problemi qalmayacaq xırda problemlər də 1-2 ilə həllini tapacaq.

Son xəbərlər
Bütün xəbərlər »