Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İbrahim Qalın: “Minsk Qrupunun fəaliyyətini araşdırmaq lazımdır”
İbrahim Qalın

“Biz Türkiyə olaraq Azərbaycanın yanında olmağa davam edəcəyik”.

APA-nın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Qalın “Kanal 7” televiziyasına açıqlamasında deyib.

“Dünyada ən böyük erməni lobbisinin Fransa və ABŞ-da olduğunu görürük. Rusiyanın mövqeyi də ortada. Belə olan halda ATƏT-in Minsk Qrupu necə ədalətli ola bilər? Minsk Qrupunun fəaliyyətini araşdırmaq lazımdır”, - deyə İ. Qalın vurğulayıb.

O, ABŞ, Rusiya və Fransa prezidentləri səviyyəsində atəşkəs çağırışına diqqət çəkərək prinsipcə, heç kimin atəşkəsə qarşı olmadığını bildirərək qeyd edib ki, atəşkəsi təmin edəcək şərtlər təmin edilmədiyi halda daimi atəşkəsə nail olmaq və regionda yaranan böhrana son qoymaq mümkün deyil.

“Azərbaycan Prezidenti cənab İlham Əliyev də məntiqli şəkildə “Ermənistan işğal etdiyi torpaqlarımızdan çəkilsin, atəşkəsə hazırıq” deyir. Bu mənada İlham Əliyevin qətiyyətini haqlı sayırıq. Əgər Ermənistan işğal etdiyi torpaqlardan çəkilərsə, tez bir zamanda atəşkəsə nail olunar və bölgədə sülh bərqərar edilər”, - deyə o qeyd edib.

Paylaş »
››› ABŞ prezidentliyinə namizəd Baydendən Azərbaycana qarşı davakar açıqlama
››› Ermənilər indi də Krasnodar Erməni Respublikası qurmağa başlayıblar
››› Ter-Nakalyan: Ordumuz taqətdən düşüb, Azərbaycana gücümüz çatmayacaq
››› Ermənilər Qarabağa görə ABŞ-da yolu bağladı, sürücü düşüb 3 nəfəri bıçaqladı
››› Bayraktar yeni dronları sınaqdan keçirdi - Foto
Son xəbərlər
Bütün xəbərlər »