Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanın Hərbi Komandanlığı işğal altında olan mülki əhaliyə müraciət edib
Müdafiə Nazirliyi

Azərbaycanın Hərbi Komandanlığı döyüşlər gedən istiqamətlərdəki yaşayış məntəqələrində məskunlaşan ölkəmizin erməni vətəndaşlarına müraciət edərək bildirir ki, Azərbaycan Ordusu dinc əhalini, mülki obyektləri və infrastrukturu hədəfə almır.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Ordusunun hədəfi işğal olunmuş ərazilərimizdəki atəş mövqeləri, hərbi obyektlər və hərbi infrastrukturdur.

Müdafiə Nazirliyi bununla əlaqədar bu ərazilərdə məskunlaşan mülki əhalini döyüşlər gedən bölgələrdən uzaq durmağa çağırır: "Bildiririk ki, onların ağır döyüşlərdən ziyan çəkməməsi və ərazidən maneəsiz təxliyəsi üçün tərəfimizdən müvafiq şərait yaradılacaq. Mülki əhali ilə Cenevrə Konvensiyasının tələblərinə uyğun rəftar olunacaq və onların insan hüquqları qorunacaq". (Apa.az)

Paylaş »
››› “Son anda Kəlbəcər və Laçının qaytarılmasından imtina etdilər” - İlham Əliyev
››› Ermənistanın Qarabağdan çıxması an məsələsidir - Rusiya KİV
››› Ukrayna İrana təzminat ödətdirir
››› Düşməndən əldə olunan hərbi qənimətlərin növbəti görüntüsü - Video
››› Koronavirusla adi qripin fərqi
Son xəbərlər
Bütün xəbərlər »