Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputat: "Ermənistandakı hərbi hədəfləri vursaq, Rusiya qarışmayacaq"
Erkin Qədirli

"Gəncəyə raket atəşi bizə Ermənistandakı hərbi hədəfləri vurmaq üçün bəhanə vermiş olur. Çünki həm hərbi məntiqə, həm beynəlxalq hüquqa, həm da işğal faktının özünə görə bizim Ermənistan ərazisində hərbi hədəfləri vurmaq, orada hərbi əməliyyat aparmaq haqqımız var."

Bizimyol.info xəbər verir ki, bu fikirləri deputat Erkin Qədirli səsləndirib.

O qeyd edib ki, düşünülən ehtimalların əksinə olaraq, Azərbaycan Ermənistana atəş açsa Rusiya öz hamiliyindəki dövləti müdafiə etməyəcək.

“Beyəxlaq hüquqa görə,Ermənistan özü hazırda bizi təhrük edərək Rusiya üçün də təhlükə yaradır. Rusiyanın belə bir halda qarışması üçün heç bir əsası yoxdur. Kollektiv təhlükəsizlik haqqında anlaşmalar yalnız xaricdən qaynaqlanan təhlükələrə qarşı müdafiə üçündür. Təhlükə dövlətin özündən qaynaqlanırsa, başqaları onun müdafiəsinə gəlməyə borclu deyillər. Məsələn, ABŞ-ın Tayvanla anlaşması var. Həmin anlaşmaya görə ABŞ Tayvanı Çindən qorumalıdır. Bununla belə, Tayvan özü Çini təhrik edərsə, ABŞ-ın Tayvanın yardımına gəlmək borcu olmayacaq”.

Bundan əlavə millət vəkili qeyd edib ki,BMT Nizamnaməsinin 51-ci maddəsinə görə, təcavüzə məruz qalmış dövlət müdafiəsini yalnız öz ərazisində qurmağa borclu deyil. Bu halda Rusiyanın Ermənistanı qorumaq öhdəliyi də qalmır.

İlhamə

Paylaş »
››› İlham Əliyev: “Bunların dərdi-azarı Ermənistanı bu vəziyyətdən çıxarmaqdır”
››› Hikmət Hacıyev: "Növbəti dəfə humanitar atəşkəsin pozulmasına görə məsuliyyət Ermənistanın üzərinə düşür"
››› Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
››› Düşmənin atəş nöqtələri, komanda idarəetmə məntəqəsi məhv edilib - Video
››› Ali Baş Komandan: “Azərbaycanın qarşısında heç kim dura bilməz”
Son xəbərlər
Bütün xəbərlər »