Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tofiq Zülfüqarov: "Ermənilərin başına yağış yox, Azərbaycan mərmiləri yağır"
Tofiq Zülfüqarov

“İnsanlar göyə baxanda ya buludları, ya günəşi, ya yağan yağışı görürlər, gözləyirlər. Bu gün Ermənistan ordusunun əsgərləri başlarını göyə qaldıranda yalnız Azərbaycan əsgərinin silahlarını, mərmilərini görürlər, onların başına Azərbaycan əsgəri yağır”.

Bu fikirləri Azərbaycanın keçmiş xarici işlər naziri , politoloq Tofiq Zülfüqarov səsləndirib.O vurğulayıb ki, bu gün Azərbaycan ordusunun yürütdüyü döyüş xətti tamamilə yeni bir xəttdir və NATO standartlarındadır.

“Artıq Azərbaycan danışıqları çox sadə bir formulada görür. Döyüşlər başlamazdan öncə dövlət başçısı yerli mediada çıxışı zamanı bildirdi ki, biz gələcəkdə kimsə bizi danışıqlara dəvət etmək istəsə, biz konkret qrafik tələb edəcəyik. Yəni təqvim planı, bu sadə bir sənəddir. 1992-ci ildə iyun ayında, Laçın və Şuşanın işğalından sonra Minsk qrupunun təcili çağrılmış toplantısında Minsk qrupu tərəfindən təklif olunmuşdu. Bu nə demək idi. Qol çəkilən gün x günü kimi qeyd edilir. Sonra tutaq ki, x+ 10 gün dedikdə ərazi işğaldan azad edilir, x+15 gündə tamamilə işğalçı qoşun çəkilir, x+20 gün ərzində ərazidən çıxmış əhali ora yenidən yerləşdirilir.Bu sadə və məntiqli sənəd Minsk qrupu tərəfindən iş üslubu kimi təqdim olunsa da, sonra buna əməl edilmədi və 30 il gözlədik. İndi atəşkəs bərpa olunsun demək istəyənlər bizə nə təklif edəcəklər? Ya vasitəçi olmaq istəyənlər gedib Ermənistandan zəmanət almalıdırlar ki, 1 həftəyə ərazini boşaltsınlar. Yoxsa nə boş- boş danışırsınız? Mən danışıqların nəticə verməyəcəyinə ən başda inanmamışam. Bu məsələnin həll yolu bu gün Azərbaycanın atdığı addım idi. Makronun bu günkü davranışı, ermənilərə dəstək çıxması, tərəf kimi çıxış etməsi onun erməni xalqına rəğbətindən irəli gəlmir, sadəcə diaspor tərəfindən hakimiyyətdə qalmasına dəstək almaq üçün düşünülmüş planlı çıxışdır.Danışıqlar bizə lazım idi ki, biz vaxt udaq, güclənək.Bu gün biz ermənilərə vaxt qazandıra bilmərik. Biz öz oyunumuzu oynamalıyıq.Artıq diktə edən tərəf bizik”.

İlhamə

Paylaş »
››› İlham Əliyev: "Beş rayonun, demək olar ki, hamısı işğaldan azad edilib"
››› Hikmət Hacıyev: "“FranckMuller” saatlarının banisi Kəlbəcərdə qanunsuz qızıl axtarışı ilə məşğul olub"
››› "Başa düşmürsünüzsə, vay bizim halımıza!" - Ter-Petrosyan
››› 76 ildən sonra bu gecə ilk dəfə dünyanın hər yerindən nadir təbiət hadisəsi görünəcək
››› Azərbaycanın işğaldan azad olunmuş Vejnəli qızıl yatağı
Son xəbərlər
Bütün xəbərlər »