Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Ermənilərin "iş təklifi": Media nümayəndələrinə qarşı təxribat

Azərbaycan ordusu tərəfindən döyüş meydanında ardıcıl olaraq məğlubiyyətə uğrayan Ermənistan informasiya müharibəsində də hər cür təxribata əl atmaqdadır. Belə ki, bu dəfə düşmən yerli media nümayəndələrini hədəf alıb. Azərbaycandan olan bir qrup jurnalist və bloggerlərə Avropa ölkələrinin mobil operatorlarına məxsus nömrələrdən, “WhatsApp” üzərindən "iş təklifi" bəhanəsi ilə mesajlar daxil olub.

Bizimyol.info xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, mesajların mətnində yüksək maaş qarşılığında jurnalistlərə cəbhəyanı bölgələrdə müxbir, reportyor "işləri" təklif olunur. Dırnaqarası iş təklifinin əsas mahiyyəti müharibə zonasından video və fotolar çəkilərək onlara göndərilməsidir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti bildirir ki, göndərilən mesajlar təxribat xarakteri daşıyır. Yerli media orqanlarının nümayəndələrini bu kimi hallarla qarşılaşdıqları zaman maksimum diqqətli olmağa, ermənilərin ölkəmizə qarşı çirkin niyyətlərinə nail olmasına imkan verməməyə çağırırıq.

Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşları üzləşdikləri istənilən kibertəhlükə və kiberinsidentlərlə bağlı qurumun rəsmi veb-resursu olan cert.az saytı, [email protected] email ünvanı, “1654” qaynar xətti və sosial şəbəkə hesablarına müraciət etməyə səsləyir.

Paylaş »
››› “Son anda Kəlbəcər və Laçının qaytarılmasından imtina etdilər” - İlham Əliyev
››› Paşinyan bir cümlə ilə Türkiyəyə qarşı bütün gizli planların üstünü açdı
››› Cəbhədə son vəziyyət: Ermənilərin itkilər verən “Legion” dəstəsi döyüşməkdən imtina edib
››› Düşməndən əldə olunan hərbi qənimətlərin növbəti görüntüsü - Video
››› Ukrayna İrana təzminat ödətdirir
Son xəbərlər
Bütün xəbərlər »