Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tural Gəncəliyev: "Mülki əhali arasında 20-dən çox şəxs həlak olub"

Təcavüzkar Ermənistan ordusu artıq 7-ci gündür ki, azərbaycanlı mülki əhaliyə qarşı müharibə cinayətlərini davam etdirir. Bu günlər ərzində işğal edilmiş ərazilərimizdən və Ermənistandan şəhər və kəndlərimiz məqsədli şəkildə raket və ağır artileriya atəşinə tutulur.

Bunu "Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması"nın rəhbəri Tural Gəncəliyev deyib.

Onun sözlərinə görə, nəticədə mülki əhali arasında 20-dən çox şəxs həlak olub, 50-dən çox şəxs isə yaralanıb: "Həmçinin, evlərə və mülki infrastruktura böyük ziyan vurulub. Bu bir daha onu göstərir ki, təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyinin niyyəti qeyri-insani əməllər və müharibə cinayətləri vasitəsilə torpaqlarımızın işğalını davam etdirməkdən ibarətdir.

Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində bu ədalətsiz müharibənin qurbanları olmuş şəxslər kimi bildiririk ki, Azərbaycan Ordusu yalnız legitim hərbi hədəfləri zərərsizləşdirir. Azərbaycan Silahlı Qüvvələri Ermənistandan fərqli olaraq, heç bir halda mülki əhalini hədəfə almır. Lakin, Ermənistanın rəhbərliyi məqsədli şəkildə hərbi obyekləri yaşayış yerlərinin yanında yerləşdirib. Belə qeyri-insani hərbi-siyasi rəhbərlikdən hər şey gözləmək olar".

"Azərbaycan özünün Dağlıq Qarabağ bölgəsinin erməni əhalisinə deyil, məhz işğalçı Ermənistan ordusuna qarşı döyüşür. Bizim məqsədimiz 30 ilə yaxındır həsrətində olduğumuz Qarabağımızı işğaldan azad etmək, oradakı doğma evlərimizə qayıtmaq və erməni icması ilə birgə sülh şəraitində yaşamaqdır", - T.Gəncəliyev bildirib.(report)

Paylaş »
››› Arutunyanın Şuşa bəyanatı ermənilərin başına soyuq su tökdü
››› Bayraktar yeni dronları sınaqdan keçirdi - Foto
››› Makron yenə İslamın əleyhinə danışdı
››› Dinc əhalimizi atəşə tutan düşmən bölmələrinin başına od yağdı - Video
››› Bərdəni atəşə tutan "Smerç" reaktiv sistemi aşkarlandı və məhv edildi - Video
Son xəbərlər
Bütün xəbərlər »