Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
78 yaşlı Türk film çəkilişini gerçək zənn edib aktyorları əzişdirdi

Türkiyədə maraqlı hadisə baş verib. Ordunun Pərşənbə qəsəbəsində aparılan “Kuzey yıldızı” serialının çəkilişləri zamanı qız qaçırılma səhnəsi çəkilərkən çəkiliş meydanına gözlənilmədən daxil olan vətəndaş qızı qaçırtmağa çalışan kişiləri əzişdirib.

Muzeffer Parlağı

78 yaşlı Muzeffer Parlağı sakitləşdirmək heç də asan olmayıb. Bir qədər sonra film çəkilişi meydanına düşdüyünü anlayan qoca üzr istəyərək ərazini tərk edib. Lakin buna qədər döyülən aktyorları “ qaçırılan qız” rolunu ifa edən Merve Şən yaşlı adamın cəngindən xilas etməli olub.

“Elə bildim terrorçular qız qaçırırlar,ətrafdakı cavanlar da baxırlar. Mən də insanlıq naminə qızımızı xilas etmək istədim.İndi küçələrdə ayrıldıqları xanımlarını sevgililərini öldürən o qədər kişilər var ki. Belələrinə qarşı duyarlı olmalıyıq. Etdiyim əmələ görə peşman deyiləm”,- deyə Muzeffer Parlaq bildirib.

İlhamə

Paylaş »
››› İlham Əliyev: “Bunların dərdi-azarı Ermənistanı bu vəziyyətdən çıxarmaqdır”
››› MN: Ordumuz düşmənə qarşı yüksək dəqiqlikli silah tətbiq edir - Video
››› Qubadlı rayonunun işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
››› Baş Prokurorluq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrinə xəbərdarlıq etdi
››› Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
Son xəbərlər
Bütün xəbərlər »