Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gürcüstanın XİN başçısı: “Bölgədə olduqca mürəkkəb vəziyyət yaranıb”

“Ermənistan və Azərbaycan arasında eskalasiyanın davamı bütün regiona olduqca mənfi təsir edəcək”.

Bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani deyib.

Nazir beynəlxalq ictimaiyyət və ATƏT-in Minsk qrupunu gərginliyin azaldılması üçün bütün mümkün imkanlardan maksimum istifadə etməyə çağırıb:

“Azərbaycan və Ermənistan arasında növbəti hərbi qarşıdurma nəticəsində olduqca mürəkkəb vəziyyət yaranıb. Təəssüflər olsun ki, hərbi əməliyyatlara görə dialoqu bərpa etmək mümkün olmayıb. Biz hamımız anlayırıq ki, vəziyyətin daha da kəskinləşməsi bütün regionun təhlükəsizliyinə olduqca mənfi təsir göstərəcək”.

D.Zalkalianinin sözlərinə görə, Gürcüstan hər zaman qonşuları qarşısında və beynəlxalq öhdəliklərə sadiq qalıb:

“Gürcüstan hökuməti eskalasiya başlayan kimi bir sıra əhəmiyyətli addımlar atıb. Tərəfdaşlarımız da bu barədə məlumatlandırılıb. Biz onlarla daimi təmasdayıq. İstənilən digər beynəlxalq tranzit daşımalara gəlincə, Gürcüstan tərəfi üzərinə götürdüyü beynəlxalq öhdəlikləri tam olaraq yerinə yetirəcək”.(report)

Paylaş »
››› Türklərin boykot etdiyi fransız brendləri: “Chanel”, “Christian Dior”, “Renault”...
››› “Bizim üçün ağrılı olan güzəştlərə getməyə hazırıq” - Paşinyan
››› Paşinyan bədbin danışdı: “Atəşkəsi təmin edə bilmirlərsə...”
››› Putindən NATO-ya təklif
››› Erməni əsgəri öz ordularındakı acınacaqlı vəziyyəti, ruh düşkünlüyünü və özbaşınalığı görüntüləyib - Video
Son xəbərlər
Bütün xəbərlər »