Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Veljko Kajtazi: “Mülki şəxslərə qarşı hücumlar dərhal dayandırılmalıdır”

“Azərbaycan ilə Ermənistan arasındakı münaqişənin alovlanmasından təəssüflənirik”.

Bunu Xorvatiya parlamentinin deputatı, qurumun İnsan hüquqları komitəsinin üzvü Veljko Kajtazi qanunverici orqanın iclasında deyib. O, iki ölkə arasında münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu vurğulayıb.

Deputat son günlərdə Ermənistanın təxribatı nəticəsində onlarla dinc insanın ölümündən kədərləndiyini bildirib:

“Təəssüf ki, gərginlik getdikcə artır, 2020-ci ildə birgəyaşayış və sərhəd məsələləri münaqişə yolu ilə həll olunur. Dinc insanların ölümü Cenevrə Konvensiyasının pozulması deməkdir”.

Deputat, həmçinin həmkararını və Xorvatiya hökuməti Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllini dəstəkləməyə çağırıb. Bildirib ki, münaqişənin yeganə həll yolu sülh yoludur. O qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünə hörmət göstərilməli, Cenevrə Konvensiyası pozulmamalı və mülki şəxslərə qarşı hücumlar dərhal dayandırılmalıdır.(apa)

Paylaş »
››› ABŞ hökuməti xəbərdarlıq edir! Ermənilər Bakıda terror aktları törədə bilər
››› MN: Ordumuz düşmənə qarşı yüksək dəqiqlikli silah tətbiq edir - Video
››› Baş Prokurorluq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrinə xəbərdarlıq etdi
››› Qubadlı rayonunun işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
››› Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
Son xəbərlər
Bütün xəbərlər »