Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Almaniyada COVID-19-a qarşı yeni vaksin hazırlanıb

Almaniyada COVID-19 virusuna qarşı daha bir vaksinin sınaqdan keçirilməsinə icazə verilib.

“RİA Novosti” xəbər verir ki, “IDT Biologika” biofarmasevtik şirkəti Almaniyada koronavirus vaksininin kliniki sınaqları üçün icazə alıb, Paul Erlix adına Vaksin və Biotibbi preparatlar İnstitutunun press-relizinə belə deyilir.

Almaniya İnfeksiya Tədqiqatları Mərkəzi (DZIF) ilə birlikdə hazırlanan vaksin 18 - 55 yaş arasındakı 30 iştirakçı üzərində sınaqdan keçiriləcək.

Peyvəndləmə dörd həftə aralığında iki mərhələdə aparılacaq. Kliniki sınaqların ikinci mərhələsi daha geniş miqyası əhatə edəcək və bu mərhələyə yaşlı könüllülər cəlb olunacaq.

Birinci mərhələnin sınaqları təhlükəsiz və effektli təsir bağışladığı halda, növbəti mərhələ cari ilin sonuna planlaşdırılır. Virusa qarşı hazırlanan vektor vaksini dəyişdirilmiş və zərərsiz hala gətirilmiş əsasda hazırlanıb.

Paylaş »
››› Paşinyan bir cümlə ilə Türkiyəyə qarşı bütün gizli planların üstünü açdı
››› Cəbhədə son vəziyyət: Ermənilərin itkilər verən “Legion” dəstəsi döyüşməkdən imtina edib
››› “New York Times”: “Erməni əsgərlərin cəsədləri həftələrlə ortada qalır, iy verir”
››› Fransız jurnalist Tərtər sığınacaqlarından yazıb - Foto
››› “WarGonzo” Qarabağdan qaçdı
Son xəbərlər
Bütün xəbərlər »