Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Qədim Kastamonu Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilib

Türkiyənin qədim yaşayış məskənlərindən olan Kastamonu şəhəri Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilib.

Aksiya Qarabağın düşmən tapdağından azad olunması üçün zəfər döyüşü keçirən Azərbaycan Silahlı Qüvvələrinə dəstək məqsədilə təşkil olunub. Yerli əhali iki qardaş ölkənin dövlət bayraqlarının qoşa dalğalanmasına dəstək olaraq aksiyaya qoşulub.

Qeyd edək ki, 2018-ci ildə türk dünyasının mədəniyyət paytaxtı olan Kastamonuda hər zaman Azərbaycana dəstək şüarları səslənib. Şəhər rəhbərliyi davamlı olaraq Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz parçası olması barədə bəyanatlar səsləndirib. (azərtac)

Paylaş »
››› “Son anda Kəlbəcər və Laçının qaytarılmasından imtina etdilər” - İlham Əliyev
››› Ermənistanın Qarabağdan çıxması an məsələsidir - Rusiya KİV
››› Ukrayna İrana təzminat ödətdirir
››› Koronavirusla adi qripin fərqi
››› “Əgər orduya kömək etmək istəyirsinizsə,..” - Hərbi ekspertdən çağırış
Son xəbərlər
Bütün xəbərlər »