Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Maraqlı rəqiqblərimiz var” - Qurban Qurbanov
"Yaxşı qrupa düşmüşük, maraqlı rəqiblərimiz var. "Vilyarreal"i hamı tanıyır, ən yaxşılardandır, istər iştirak etdiyi çempionat baxımından, istərsə də baş məşqçisinə görə. Unay Emeri "Arsenal"da çalışarkən, onun komandasına qarşı oynamışıq. Tələbkar məşqçidir, özünə xas oyun üslubu var”. “Qafqazinfo” xəbər verir ki, bu sözləri UEFA Avropa Liqasının qrup mərhələsinin püşkatmasını dəyərləndirən Qurban Qurbanov deyib.

O, qrupdakə digər rəqibləri də şərh edib: “Görünən odur ki, İspaniya təmsilçisi ən güclülərdəndir. "Sivasspor" isə stabil oyun göstərən komandadır, son mövsüm son oyunlara qədər Türkiyə Super Liqasında liderlər qrupunda oldu."Makkabi" də ciddi rəqibdir, öz ölkəsinin ən titullu klublarından biridir və ötən mövsümün çempionudur. Hər üç komandanın öz oyun üslubu var və ciddi rəqiblərdir.

Qardaş Türkiyə komandasına oynayacağıq. Düşünürəm ki, qrupun ən maraqlı oyunları "Sivasspor"la ev və səfər qarşılaşmaları olacaq.Çalışacağıq ki, maksimum ən yaxşı oyunumuzu göstərək. Düzdür, ağır qrafikdə oynayacağıq. Həm çempionat, həm Avropa Liqası, həm də millimizin Millətlər Liqasında oyunları olacaq. Futbolçularımız hər 3-4 gündən bir oyuna çıxacaq. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq".

Paylaş »
››› Arutunyanın Şuşa bəyanatı ermənilərin başına soyuq su tökdü
››› Əsir düşmüş erməni silahlılarından biri din xadimi çıxdı - Video
››› Paşinyanın NATO-ya şok məktubu: Qarabağı verək, əvəzində...
››› Ermənistanda daxili qarşıdurma başladı: “Onlar türklərin “Bayraktar”ından təhlükəlidir”
››› Hikmət Hacıyev: "“FranckMuller” saatlarının banisi Kəlbəcərdə qanunsuz qızıl axtarışı ilə məşğul olub"
Son xəbərlər
Bütün xəbərlər »