Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanla Fransa arasında hərbi gəmilər razılaşması niyə dayandırılıb...

“Bazar günü yenidən alovlanan Dağlıq Qarabağ münaqişəsilə bağlı embarqonun mövcudluğuna baxmayaraq, Rusiya, Türkiyə, İsrail, eləcə də Fransa münaqişə tərəfi olan ölkələrin hər ikisinə hərbi texnika satır...”

Bizimyol.info xəbər verir ki, bunu Fransanın “Liberation” nəşrində jurnalist Pyer Alonso yazıb.

“Təxminən 30 il ərzində vasitəçilik cəhdləri Azərbaycanla Ermənistan arasındakı münaqişənin yekun həllinə gətirib çıxarmadı. ATƏT və BMT 1992-1993-cü illərdən hər iki dövlətə silah satışıyla bağlı embarqonu qüvvədə saxlayaraq, münaqişənin qarşısını almağa çalışır. Amma uğurlu nəticə yoxdur. Embarqo açıq-aşkar pozulur, yaxud da məhdudlaşdırma kimi yozulur. O cümlədən Fransa tərəfindən də...”, - deyə fransız jurnalist yazır.

Pyer Alonso qeyd edib ki, münaqişə tərəflərini hərbi texnika ilə təchiz edən əsas ölkə Rusiyadır və o, bir-birilə düşmən münasibətdə olan hər iki ölkə ilə - həm Azərbaycan, həm də Ermənistanla münasibət saxlayır. Alonso Rusiyanın bu cür davranışına təəccüblənmədiyini vurğulayır. O, Stokholm Araşdırma İnstitutunun ortaya çıxardığı faktları da məqalədə yada salıb.

“Ermənistanın 2010-cu ildən bu yana əldə etdiyi silah-sursatın 93 faizi Rusiyadan gəlib. Bu müddətdə Fransadan 1 faiz də silah alınmayıb”, - “Liberation”dakı məqalədə yazılıb.

Fransız jurnalist qeyd edir ki, Azərbaycan Ermənistanla müqayisədə daha çox silah alır: “Stokholm Araşdırma İnstitutunun məlumatına görə, Azərbaycan son on ildə düşmənindən təxminən 10 dəfə çox silah-sursat əldə edib. Bu ölkəni silahla təchiz edənlər daha çoxşaxəlidir. Bu siyahıya da Rusiya başçılıq edir, Azərbaycanın aldığı silahların üçdə iki hissəsini o satır. Siyahıda həmçinin Belarus, İsrail və Türkiyənin də adı var. 2015-ci ildən İsraillə diqqət çəkən dərəcədə strateji yaxınlaşma var. Güclənən əməkdaşlıq sayəsində Azərbaycan Ordusu İsrail istehsalı olan yeni pilotsuz uçuş aparatları, hava hücumundan müdafiə sistemləri ilə təchiz olunub.

Fransa da Azərbaycan bazarına çıxmaq istəyirdi. Vaxtilə Müdafiə Nazirliyində yüksək vəzifədə çalışmış, daha sonra Fransa Xarici İşlər Nazirliyində siyasi və təhlükəsizlik məsələləri üzrə baş direktor işləyən Filip Errera 2016-cı ildə iki embarqoya diqqəti cəlb etmişdi: “Biz belə başa düşürük ki, ATƏT-in qətnaməsində Bakı və ya Yerevana hərbi texnikanın ixracıyla bağlı məhdudiyyət tələb olunur. Çünki sonradan həmin silahlar Dağlıq Qarabağ münaqişəsində istifadə oluna bilər. Yəni söhbət tam embarqodan getmir. BMT qətnaməsində də üzv dövlətlərə çağırış var ki, silah-sursat satmasınlar, münaqişəni alovlandıra bilər.

Amma Fransa Azərbaycana döyüş texnikası satıb. Ölkənin silah ixracı barədə parlamentdəki məruzəyə əsasən, 2015 və 2016-cı illərdə hərbi texnika satışı olub. Bu, Fransa istehsalı olan silahların satışıyla bağlı hər kəs üçün əlçatan olan sənəddir. Amma əldə olunan məlumatlar pərakəndə haldadır. Bunu da hüquq-müdafiə təşkilatları, o cümlədən “Amnesty İnternational” qeyd edir.

Hazırda Azərbaycanın silahlı qüvvələrində nisbətən az miqdarda fransız istehsalı avadanlıqlar olsa da, son bir neçə ildə bu istiqamətdə danışıqlar gedir. Xüsusən Fransa Azərbaycana hərbi gəmilər satmaq istəyirdi. Danışıqlar bir qədər irəli getsə də, sonradan iki ölkənin rəhbəri arasında mübahisə yarandı. “Intelligence Online”ın məlumatına görə, Fransa prezidenti Emmanuel Makron Ermənistana səfər edəndən sonra Azərbaycana səfərinin təxirə salınması onun azərbaycanlı həmkarı tərəfindən mənfi qarşılanıb. Ona görə də hərbi gəmilərlə bağlı danışıqlar dayandırılıb.

Paylaş »
››› Putin Qarabağ haqqında danışdı
››› Azərbaycanlılar Paşinyana nə yazır... - Foto
››› Türkiyə ilə Yunanıstan arasında növbəti gərginlik
››› Ekspert: "Jirinovskinin Azərbaycan prezidentini girov götürmək sayıqlamasına diqqət edilməlidir"
››› Azərbaycan Ordusu düşmənin canlı qüvvəsi və hərbi texnikasını məhv etdi - Video
Son xəbərlər
Bütün xəbərlər »