Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Moldovalı tarixçidən Qarabağ münaqişəsi haqda: “Bu qələbə separatçılara dərs olacaq...”

Moldovalı siyasi təhlilçi, tarix elmləri doktoru Ruslan Şevçenko Azərbaycanda cəbhə bölgəsində vəziyyətin gərginləşməsi məsələsinə münasibət bildirib.

Paytaxt Kişinyovdakı Effektiv Siyasət İnstitutuna rəhbərlik edən Şevçenko bu barədə fikirlərini Moldovanın “Tribuna” agentliyində yayımlanan məqaləsində yazıb.

Ruslan Şevçenko Ruslan Şevçenko

Bizimyol.info xəbər verir ki, məqalədə tarixçi Azərbaycanla Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişəsinin yaranması, sülh danışıqlarının nəticəsiz qalmasının səbəblərinə toxunub. Belə nəticəyə gəlib ki, ATƏT-in Minsk Qrupu çərçivəsində fəaliyyət göstərən vasitəçilər işğal olunmuş ərazilərdən geri çəkilməsi üçün Ermənistana təzyiq göstərməyib. Uzun illər ərzində danışıqların nəticəsiz qalmasının səbəbi budur.

Şevçenko onu da qeyd edir ki, 1994-cü ildən tərəflər arasında atəşkəs razılaşması olsa da, mütəmadi erməni təxribatları və sərhədyanı kəndlərin vurulması nəticəsində xeyli sayda mülki azərbaycanlı öldürülüb və bu proses hələ də davam edir.

Şevçenko vurğulayıb ki, bütün bu illər ərzində Azərbaycan danışıqlar prosesinə sadiq olub. Çünki Azərbaycan ümid edirdi ki, danışıqlar prosesi beynəlxalq hüququn aliliyi və ədalətin zəfər çalmasıyla yekunlaşacaq.

Müəllif vurğulayıb ki, Qarabağ uğrunda müharibə çətindir, amma Azərbaycanın ərazi bütövlüyünün bərapsı üçün həyata keçirilməsi mümkün olan məsələdir.

“Azərbaycanın bu məsələdə qələbəsi, Qarabağda Azərbaycanın qanuni hakimiyyət orqanlarının bərqərar olması separatizmı qarşı mübarizə aparan bütün ölkələr üçün faydalı nümunə olacaq. O cümlədən bizim Moldova üçün də. Digər tərəfdən də beynəlxalq səviyyədə tanınan dövlətlərin suverenliyini, ərazi bütövlüyünü şübhə altına almağa çalışan bütün separatçılar üçün sərt, lakin lazımlı bir dərs olacaq”, - moldovalı tarixçi belə yazıb.

Paylaş »
››› İran qəzeti satışa Makronun əcaib karikaturası ilə çıxdı - Foto
››› Tramp Qarabağ haqda danışdı: “Gözləntilərim doğrulmadı”
››› İslam ölkələri Ərdoğanın fransız mallarını boykot çağırışına qoşulur
››› İş adamından "Mersedes" hədiyyə alan əsgərdən açıqlama: Bayrağı Xocalıda asacağam
››› Bərdə yenidən raket atəşinə tutulub, azı 14 mülki şəxs ölüb - Video
Son xəbərlər
Bütün xəbərlər »