Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezidentin köməkçisi: “Təkcə bu gün Tərtərə 2 mindən çox mərmi düşüb, Azərbaycan silahlı qüvvələri adekvat cavab tədbirləri görəcək”

“Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini və mülki əhalisini qəsdən hədəfə almaqda davam edir”.

APA-nın məlumatına görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, təkcə bu gün ərzində Tərtərə 2 mindən çox mərmi düşüb: “Bu vəhşilik, barbarlıq və insanlığa yaraşmayan hərəkətdir.

Ermənistanın beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarının müddəalarını kobud surətdə pozan bu hərəkəti müharibə cinayətidir.

Bildiririk ki, Azərbaycan silahlı qüvvələri tərəfindən adekvat cavab tədbirləri həyata keçiriləcək”.

Paylaş »
››› Ermənilərdən Putinə daha bir yalvarış məktubu
››› Ermənistanın "tragikomik" yalanları: Türkiyə sənətçilərini Qarabağda "öldürürlər"
››› Cəbrayılın işğaldan azad edilən Minbaşılı kəndinin görüntüləri - Video
››› Prezident işğaldan azad olunan ərazilərimiz barədə xəbər paylaşıb
››› XİN Ceyhun Bayramov və Mayk Pompeonun görüşü barədə məlumat yayıb
Son xəbərlər
Bütün xəbərlər »