Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan Beynəlxalq Bankı Ani Ödəniş Sisteminə qoşulan ilk banklardan oldu
Azərbaycan Beynəlxalq Bankı Mərkəzi Bankın yenicə istifadəyə verdiyi Ani Ödəniş Sisteminə qoşulub. Bu sistem müştərilərin bank xidmətlərindən məsafədən və sürətli istifadə imkanlarını genişləndirir. Belə ki, Ani Ödəniş Sistemi fiziki və hüquqi şəxslərə ödəniş əməliyyatlarının 24/7/365 rejimində bank hesabları üzərindən sadələşdirilmiş identifikatorlar vasitəsilə (FİN kod, VÖEN, mobil nömrə, e-mail) aparılmasına və pulun dərhal vəsait alanın bank hesabına daxil olmasına imkan yaradır.

Artıq Azərbaycan Beynəlxalq Bankının mobil tətbiqi vasitəsilə AÖS üzərindən fiziki şəxslərə FİN kod, mobil nömrə və e-mail vasitəsilə pul göndərmək olar. Bu imkandan faydalanmaq üçün sadəcə Bankın mobil tətbiqini yükləmək lazımdır. AÖS üzrə xidmətlərdən istifadəyə görə fiziki şəxslərdən komissiya haqqı tutulmur (fərdi sahibkarlar istisnadır).

Yaxın günlərdə isə Azərbaycan Beynəlxalq Bankının mobil tətbiqində və internet bankçılıq sistemində AÖS-ün digər funksiyaları da müştərilərin istifadəsinə veriləcək. Fiziki və hüquqi şəxs müştərilər bi sistemdən faydalanmaqla hesab əməliyyatlarını sürətləndirəcək (AniPay köçürmə), vergi ödənişlərini anında həyata keçirəcək (AniPay Vergi, Anipay ƏDV), əməliyyat xərclərini azaldacaqlar. Çünki bu sistemlə komissiya haqları aşağıdır. Bundan başqa, müştərilər ödənişləri anında qəbul edərək maliyyə axınlarını gücləndirə biləcəklər. Ödəniş əməliyyatları aparmaqdan ötrü iş günlərini gözləmək lazım gəlməyəcək.

Bu sistem rəqəmsal bank xidmətlərinin effektivliyini də yüksəldəcək. Müştərilərə məsafədən xidmət imkanlarını və xidmətin çeşidlərini genişləndirəcək. Hesablar üzərindən rəqəmsal ödəniş həllərinin inkişafına təkan verəcək.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məsafədən xidmət imkanları barədə ətraflı məlumatları bankın www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

Paylaş »
››› Erməni mayor: “Uşaqlarımızı Azərbaycan ərazisində döyüşməyə buraxmayın” - Video
››› Ermənilərdən Putinə daha bir yalvarış məktubu
››› Milli Qəhrəmanımız doğulduğu torpaqlar uğrunda döyüşlərdə həlak olub
››› Tonoyan Laçının müdafiəsinə şəxsən rəhbərlik etmək üçün Qarabağa gəlib
››› Cəbrayılın işğaldan azad edilən Minbaşılı kəndinin görüntüləri - Video
Son xəbərlər
Bütün xəbərlər »