Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
"Bild"in redaktoru Ermənistan ordusunun acizliyindən yazdı

“Ya ermənilər komandanlığı idarə və nəzarət strukturlarını heç olmasa müdafiə etməyi öyrənməli, ya da bu işin başını buraxmalıdırlar”.

“Report” xəbər verir ki, bunu Almaniyanın araşdırmaçı jurnalisti Yulian Röpke “Twitter”də yazıb.

Azərbaycan Müdafiə Nazirliyinin yeni görüntülərini paylaşan jurnalist qeyd edib: “Türkiyə və İsraildən olan Azərbaycan dronları heç bir müqavimət görmədən zərbələr endirirlər”.

Qeyd edək ki, münaqişələr üzrə ekspert olan Y.Röpke Almaniyanın məşhur “Bild” nəşrinin Siyasət şöbəsinin məsul redaktorudur.

Xatırladaq ki, bu Yulian Röpkenin Azərbaycan Ordusuna məxsus pilotsuz uçan aparatlarla (PUA) bağlı ilk paylaşımı deyil. Bu ilin iyul döyüşləri zamanı o, Azərbaycana aid PUA-nın guya vurulduğu barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı videoçarxın saxta olduğunu üzə çıxarmışdı.

Paylaş »
››› “Son anda Kəlbəcər və Laçının qaytarılmasından imtina etdilər” - İlham Əliyev
››› Paşinyan bir cümlə ilə Türkiyəyə qarşı bütün gizli planların üstünü açdı
››› Ermənistanın Qarabağdan çıxması an məsələsidir - Rusiya KİV
››› Cəbhədə son vəziyyət: Ermənilərin itkilər verən “Legion” dəstəsi döyüşməkdən imtina edib
››› Düşməndən əldə olunan hərbi qənimətlərin növbəti görüntüsü - Video
Son xəbərlər
Bütün xəbərlər »