Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qələbəyə həsrət qalmağa son veriləcək zamandır...

Son illərdə Bakıdan Qarabağa bu qədər həyəcan, həm də sevinclə getməyim yadıma gəlmirdi. Bu dəfə yol boyu Azərbaycan radiosunun vətənpərvərlik mahnılarına qulaq asdıqca şövqə gəlirdim. Amma, neçə illərdir eşitdiyim “Marş irəli, Azərbaycan əsgəri” hələ indiki kimi qürur bağışlamamışdı, hər nəqarətdə “marş, irəli” eşitdikcə istər istəməz maşının sürətini artırırdım.

Bərdədən Tərtərə yaxınlaşdıqca artileriyanın səsi aydın eşidilməyə başladı. Kəndimizə çatanda indiyədək görmədiyim mənzərə ilə rastlaşdım. Bütün kənd kişiləri, təhlükəsizlik baxımından rayon mərkəzində evlərini müvəqqəti tərk etmiş insanlar yol kənarındakı “Şəhidlər abidəsi” ətrafında, dəstə-dəstə toplaşıblar. Təcili tibbi yardım maşınlarının sirenaları, hərbi avtomobillərin sürətli gedişləri, yol hərəkətini nizamlayan polislərin səsgücləndirici ilə müraciətləri müharibə bölgəsinin ilk mənzərəsi idi. Əsas proses isə lap yaxınlıqda gedən döyüşlərdə gedir.

Sonra hər kəs cəbhədən gələn xəbərləri müzakirə edir. Tərtər şəhərinə və şəhərə yaxın kəndlərə atılan düşmən mərmilərindən dinc əhalinin ölməsi, evlərin ziyan görməsi, yaralı əsgərlərin xəstəxanaya çatdırılması, itkilər və sairə xoş olmayan xəbərlər... Yeri gəlmişkən, mülki əhali içərisində həlak olan 19 nəfərin 9-u Tərtər rayon sakinləridir. Amma, hər kəsin üzündə, gözlərinin içində bir sevinc var. Ətrafda baş verənlərə yad bir adam qorxu ilə baxa bilər, burdakı insanların isə üzündə həyəcanla yanaşı daha çox sevinc hiss olunur. Bu, az qala Qarabağ müharibəsi başlayandan bəri-32 ildir ki, sevincə həsrət qalan Azərbaycan vətəndaşlarının illərdir gözlədiyi sevinc hissləridir. Sevincə, qələbəyə həsrət qalan bir millətin bu həsrətə son verməsinin zamanı gəldiyinə hər kəs bütün varlığı ilə inanır. Azərbaycan Ordusu irəliləyir, əsgərlərimiz Qarabağ torpaqlarını işğaldan azad edir. Bütün çətinliklərə baxmayaraq hamı qələbəyə köklənib. Bu əhalinin bircə qorxusu var - birdən müharibə dayanar, aprel döyüşləri, Tovuz döyüşləri kimi dörd gün çəkər, yenə yarımçıq qalar. Amma, bu gün ölkə rəhbərliyinin çoxdan gözlənilən siyasi iradəsi və qətiyyətliliyi, qardaş ölkənin yanımzda olması və sonadək olacağı bəyanatları, Azərbaycan əsgərinin hünəri tam inam yaradır ki, biz torpaqlarımızı işğaldan azad edənədək, son nəfəsimizədək vuruşacaq, bu müqəddəs yoldan geri çəkilməyəcəyik!

“Müharibə qıraqdan baxana asan gəlir” deyiminin cəbhə bölgəsində yaşayanlara şamil olunmur. Müharibənin çətinliyi, ağır nəticələri onların gündəlik həyatına çevrilib. Atılan artilleriya atəşlərinin hansı texnikaya aid olduğunu, neçə saniyədən sonra hədəfə çatacağını, dağıdıcı qüvvəsini mütəxəssis kimi bilirlər. Ağdərə istiqaməti düşmənin daha çox güclü müdafiə olunduğu yerdir və aprel döyüşlərindən sonra düşmən şimaldan, cənubdan olan hərbi mühəndislərinin köməyi ilə burda güclü istehkamlar, bunkerlər yaradıblar. Amma, əsgərlərimizin yüksək döyüş qabiliyyəti, bu bölgədə əməliyyatlara rəhbərlik edən komanda heyətinin peşəkarlığı, düzgün qərarlar qəbul etməsinin nəticəsidir ki, düşmən canlı qüvvə və texnika baxımından böyük itkilər verir.

Arxa cəbhədə insanlar bəzən səbrsizlik edib tələsik şad xəbər verməyi istəyirlər. Olacaq! Tələssək itkimiz çox olar. Türk televiziya şərhçisinin dediyi kimi ”Azərbaycan əsgəri düşməni döyə-döyə geri oturdur”. Hər yükəsklik alındıqdan sonra orda möhkəmlənmədikcə xəbər vermək düzgün deyil. Bu gün elə bir ovqat var ki, aldığımız yerdə tam möhkəmlənmədən o yerin alınmasını xəbər vermək, sonra itirmək böyük ruh düşkünlüyü yarada bilər. Ona görə də azad olunan yerlərimizi düşmənin əks hücumundan müdafiə etdiyimizə tam əmin olduqdan sonra “şad xəbərləri” alacaqsınız.

Kənddəki evimiz döyüş bölgəsindən yazan jurnalistlərin qərargahına çevrilib. Dostlarımız döyüşlərin getdiyi ən ön xəttə qədər gedib xəbərlər hazıralayır, arxa cəbhədən də məlumatlar toplayır, bizdə gecələyir, yorğunluqlarını çıxarmaq üçün qısa müddətli istirahətlər edirlər. Kənddəki evimizdən Azərbaycan oxucusuna, dünyaya ordumuzun uğurlu əməliyytalarından məlumatların verilməsi içimdə bir qürur, rahatlıq yaradır.

Döyüş bölgəsindən ilk təəssürat belədir. Çətinliklər, çatışmazlıqlar da var, amma indi hər kəs qələbəyə köklənməli, ruh yüksəkliyi qorunmalı, bütün problemləri birlikdə dəf etməliyik. Qələbə bizimlədir!(moderator.az)

Paylaş »
››› ABŞ prezidentliyinə namizəd Baydendən Azərbaycana qarşı davakar açıqlama
››› Ermənilər indi də Krasnodar Erməni Respublikası qurmağa başlayıblar
››› Ter-Nakalyan: Ordumuz taqətdən düşüb, Azərbaycana gücümüz çatmayacaq
››› Ermənilər Qarabağa görə ABŞ-da yolu bağladı, sürücü düşüb 3 nəfəri bıçaqladı
››› Bayraktar yeni dronları sınaqdan keçirdi - Foto
Son xəbərlər
Bütün xəbərlər »