Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Onlar qətnamələrinə əməl etmirsə, biz onların çağırışlarına niyə əməl etməliyik?”

“ATƏT-in Minsk Qrupunun həmsədir ölkələrinin başçıları və başqa ölkələrin Azərbaycanı atəşkəsə çağırmasının heç bir əhəmiyyəti yoxdur. Ərazimizi işğaldan azad etməyimizə qarşı çıxa bilməzlər”.

Bunu Bizimyol.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib.

Politoloq qeyd edib ki, erməni işğalçıların Azərbaycandan çəkilməsi danışıqlar prosesinin əsas şərtidir: “Dövlət başçısı İlham Əliyev şərti açıqlayıb-Ermənistan Azərbaycanın işğal edilmiş ərazisindən çıxmalıdır. Bu fakt olmayana kimi atəşkəs mümkün deyil. BMT Təhlükəsizlik Şurasının üzvləri olan Minsk qrupunun həmsədr ölkələrinin iştirakı ilə Azərbaycanın işğal edilmiş əraziləri ilə bağlı 4 qətnamə qəbul edilib. Qətnamələrdə bildirilir ki işğala son qoyulmalı və işğalçılar ərazini tərk etməlidir. Onlar qətnamələrinə əməl etmirsə, biz onların bəyanatlarına, çağırışlarına niyə əməl etməliyik?

Türkiyə ilə hərbi-siyasi ittifaq bizə ona görə lazımdır. Ona görə ki böyük dövlətlərin bizə təzyiqini hazırda Türkiyə neytrallaşdırır. Hazırda İtaliyada səfərdə olan Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın işğal edilmiş torpaqları mövzusunda İtaliyada Türkiyənin mövqeyini paylaşır. Onlar bura qoşun göndərməyəcək. Göndərsələr, özlərinə problem yaradacaqlar.

Biz səmərəsiz danışıqlara getməyəcəyik. İki dəfə bizim qarşımızı kəsdilər: 2016-cı ilin aprelində və bu ilin iyul ayında. Bu dəfə biz qərarımızı vermişik. İşğalçı qoşunlar ərazimizdən çıxmalıdır. Hərbi uğurlarımızı bizim danışıqlar masasında güclü olmağımıza şərait yaradacaq”.

Ramid İbrahimov

Paylaş »
››› Ermənilərdən Putinə daha bir yalvarış məktubu
››› Ermənistanın "tragikomik" yalanları: Türkiyə sənətçilərini Qarabağda "öldürürlər"
››› Cəbrayılın işğaldan azad edilən Minbaşılı kəndinin görüntüləri - Video
››› Prezident işğaldan azad olunan ərazilərimiz barədə xəbər paylaşıb
››› XİN Ceyhun Bayramov və Mayk Pompeonun görüşü barədə məlumat yayıb
Son xəbərlər
Bütün xəbərlər »