Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fərid Şəfiyev: Emmanuel Makronun bəyanatı Fransanın Minsk qrupunun həmsədri kimi fəaliyyətini şübhə altında qoyur

Fransa Prezidenti Emmanuel Makronun Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı son hadisələrə dair verdiyi bəyanat təəssüf ki, Fransanın bu çətin və gərgin mərhələdə Ermənistan tərəfinin mövqeyini dəstəklədiyini göstərir. Bu, Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi fəaliyyətini ciddi şəkildə şübhə altında qoyur. Fransanın müvafiq rəsmi dairələri bu ölkənin vasitəçi kimi hansı mövqedən fəaliyyətini davam etdirəcəyi barədə açıqlama verməlidir.

Bizimyol.info xəbər verir ki, bu fikirləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Fransa prezidentinin son bəyanatını şərh edərkən deyib.

F.Şəfiyev bildirib ki, eyni zamanda, son günlər bir sıra Qərb media vasitələri, o cümlədən BBC, “Reuters” “Guardian” tərəfindən guya Suriyadan Azərbaycana muzdlu əsgərlərin gətirilməsi barədə uydurma və heç bir tutarlı mənbələrə əsaslanmayan xəbərlər yayılır: "Təəssüf ki, bəzi Qərb mediası Azərbaycana qarşı bu qərəzli mövqeyi 100 ildir ki, nümayiş etdirir. Hələ 1905-ci ildə Çar Rusiyası zamanı ermənilərlə azərbaycanlılar arasında çaxnaşmalar başlayan zaman həmin hadisələrlə bağlı Qərb mediasında islamofobiya və türkofobiya yönümlü tendensiya müşahidə olunmuşdu. Qərb media nümayəndələri yaxşı bilir ki, Azərbaycan dünyəvi ölkədir. Terrora qarşı ABŞ və digər ölkələrlə sıx əməkdaşlıq edir və beynəlxalq təhlükəsizliyin möhkəmlənməsində Azərbaycanın töhfəsi tutarlıdır. İndiki halda, yəni Azərbaycanın beynəlxalq hüquqa əsaslanaraq öz işğal olunmuş torpaqlarını azadetmə əməliyyatları apardığı zamanda ölkəmizə qarşı belə qərəzli mövqe Qərb institutları, o cümlədən media qurumlarının fəaliyyətini, onların peşəkarlığı və obyektivliyini şübhə altına alır.

Digər bir məsələ ondan ibarətdir ki, bir sıra beynəlxalq qurumlar və ölkələr Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı danışıqların bərpasına dair çağırışlar səsləndirir. Bu məqamda sual olunur: hansı danışıqların bərpasından söhbət gedir? Ermənistan ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar formatının dəyişdirilməsi barədə tələb irəli sürür. 10 ildən çoxdur müzakirə olunan və razılaşdırılmış Madrid Prinsiplərini rədd edir. Belə olan halda, deyə bilərik ki, bugünkü gərgin vəziyyətlə bağlı bütün məsuliyyət məhz Ermənistan rəhbərliyinin üzərinə düşür.

Paylaş »
››› Ermənilər indi də Krasnodar Erməni Respublikası qurmağa başlayıblar
››› Ter-Nakalyan: Ordumuz taqətdən düşüb, Azərbaycana gücümüz çatmayacaq
››› Ermənilər Qarabağa görə ABŞ-da yolu bağladı, sürücü düşüb 3 nəfəri bıçaqladı
››› Bayraktar yeni dronları sınaqdan keçirdi - Foto
››› Makron yenə İslamın əleyhinə danışdı
Son xəbərlər
Bütün xəbərlər »