Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Fransa səfiri Xarici İşlər Nazirliyinə çağırılmalı, ona nota verilməlidir”

“Bu gün Fransa hökuməti, konkret olaraq Fransa prezidenti Emmanuel Makron bizə ermənidən də artıq düşmənçilik edir. Onun verdiyi bəyanatlar yetkili olmayan dövlət başçısının bəyanatıdır”.

Bunu Bizimyol.info-ya açıqlamasında Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bildirib.

Ekspert qeyd edib ki, hadisələrə yalnış qiymətin verilməsi yalnız düşmənçilik münasibətinin nəticəsində yarana bilər: “Ona görə də, Azərbacan dövləti, Xarici İşlər Nazirliyi Fransanın bu gün ATƏT-in Minsk Qrupunun həmsədri kimi öz etimadını itirməsi barədə təcili məsələ qaldırmalıdır. Fransanın ATƏT-in Minsk Qrupunun həmsədri kimi qəbul edilmədiyi, imtina edildiyi bəyan edilməlidir. Fransanın ölkəmizdəki səfiri Xarici İşlər Nazirliyinə çağırılmalı, ona etiraz edilməli və nota verilməlidir. Fransa xalqına da müraciət edilməli və Makronun işğalçını dəstəkləməsi barədə məlumat verilməlidir. Qoy, Fransa xalqı da ona etiraz etsin. Makron neytal olmalı halda, tərəf tutur. Fransa vasitəçi ola bilməz. Biz bunu psiləyirik. Azərbaycan buna kəskin münasibət bildirməlidir”.

Ramid İbrahimov

Paylaş »
››› İlham Əliyev: “Bunların dərdi-azarı Ermənistanı bu vəziyyətdən çıxarmaqdır”
››› Qubadlı rayonunun işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
››› Hikmət Hacıyev: "Növbəti dəfə humanitar atəşkəsin pozulmasına görə məsuliyyət Ermənistanın üzərinə düşür"
››› Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
››› Düşmənin atəş nöqtələri, komanda idarəetmə məntəqəsi məhv edilib - Video
Son xəbərlər
Bütün xəbərlər »