Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Torpaq Məcəlləsinə dəyişiklik edilib

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının tərtibi və aparılması, ünvan reyestrinin aparılması, dövlət torpaq kadastrı, yerquruluşu, torpaqların dövlət idarəetməsi, torpaq bazarının təşkili sahəsində dövlət siyasətini, habelə torpaqlardan istifadəyə və onların mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan qurumdur.

Bizimyol.info xəbər verir ki, Nazirlər Kabinetindən verilən məlumata görə, 23 oktyabr 2019-cu ildə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Əmlak Məsələləri Dövlət Komitəsi müvafiq dövlət xidməti statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmişdir.

Eyni zamanda Azərbaycan Respublikasının Torpaq Məcəlləsində və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilərək toplanan haqqın 7 faizinin dövlət büdcəsinə köçürülməsi müəyyən edilmişdir.

Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə edilmiş dəyişiklərə əsasən vəsaitin (25 faiz) İqtisadiyyat Nazirliyinin işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə həmin orqanının hesabına köçürülməsi nəzərdə tutulmuşdur.

Qeyd olunanlara uyğun olaraq Nazirlər Kabinetinin müvafiq Qərarında Əmlak Məsələləri Dövlət Komitəsinin sözləri İqtisadiyyat Nazirliyin sözləri ilə əvəz edilərək dəyişiklik edilməsi barədə layihə hazırlanmışdır.

Paylaş »
››› “New York Times”: “Erməni əsgərlərin cəsədləri həftələrlə ortada qalır, iy verir”
››› Gəncənin keçmiş icra başçısının nümayəndəsi: “Elmar Vəliyev heç nə bilmir, heç özünü tanımır...”
››› Ermənistan silahlı qüvvələrinin Qubadlı istiqamətindəki bölmələri məhv edilib - Video
››› Rusiyanın Yaponiyadakı Olimpiadaya hücum planının üstü açıldı
››› Ermənistan Müdafiə Nazirliyi: Azərbaycan qüvvələri erməni qüvvələrini 12 dəfə üstələyib
Son xəbərlər
Bütün xəbərlər »