Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazirlər Kabineti “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də dəyişiklik edib

Nazirlər Kabineti “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də dəyişiklik edib.

Qərara əsasən, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə yeni 1.13-cü bənd əlavə edilib.

Həmin bəndə əsasən, tabeliyində hərbi-həkim komissiyaları və həkim-uçuş komissiyaları olan dövlət orqanları hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilməyə dair sənədlər üzrə məlumatları onların 2 rəsmiləşdirildiyi gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsisteminə daxil etməlidirlər.

Qeyd edək ki, ölkə Prezidentinin 2020-ci il 24 aprel tarixli 1000 nömrəli Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsistemi yaradılıb. Həmin Fərmanla “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”yə edilən dəyişiklikliyə əsasən, tabeliyində hərbi-həkim komissiyaları və həkim-uçuş komissiyaları olan dövlət orqanları hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilməyə dair sənədlər üzrə məlumatları onların rəsmiləşdirildiyi gün sözügedən altsistemə daxil edirlər. Bu Qərarın qəbul olunması nəticəsində Mərkəzləşdirilmiş elektron informasiya sisteminin strukturuna daxil olan “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsistemi vasitəsilə hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilməyə dair sənədlər üzrə məlumatların toplanması və sistemləşdirilməsi təmin ediləcək.(apa)

Paylaş »
››› Ordumuz Bərdəni atəşə tutan dəstələrin başına od yağdırdı - Video
››› İş adamından "Mersedes" hədiyyə alan əsgərdən açıqlama: Bayrağı Xocalıda asacağam
››› Ərdoğandan qorxan Makron Rusiyanın ətəyindən yapışdı
››› Bərdə yenidən raket atəşinə tutulub, azı 14 mülki şəxs ölüb - Video
››› Türkiyə təbii qazın ardınca qızıl yatağı da tapdı
Son xəbərlər
Bütün xəbərlər »