Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türk politoloq: Azərbaycanın qələbədən başqa yolu yoxdur

Türkiyə qlobal gücə çevrildi, indi növbə Azərbaycandadır. Bu fikirlər bu gün Türkiyənin tanınmış politoloqu İbrahim Karagül səsləndirib.

İbrahim Karagül bu savaşda rəsmi Tehranı qorxudan məqamlar və dəyişən siyasi mövqelərdən bəhs edib. Bizimyol.info təqdim edir:

“Bu gün Türkiyənin dərin geopolitik zəkasını və güclü əlini hər yerdə görürük. əvvəl İraqda, sonra Suriyada, sonra Ağ Dənizdə, daha sonra Cənubi Qafqazda. Bu gün dünya bunun fərqindədir.Türkiyə Anadoluda başlatdığı güclü siyasi dalğanı bütün coğrafiyaya yaymaqdadır və indi Azərbaycanla olan dostluq , ittifaq insanı heyrətləndirəcək dərəcə yüksək enerji yayır.Bu Cənubi Qafqazda yeni bir güc mənbəyinin yaranması deməkdir. Azərbaycan üçün müdafiə dönəmi bitdi. Bu günə qədər işğala məruz qalan, tək buraxılan Azərbaycan öz gücünün fərqinə vardı və hərəkətə keçdi.Güc balansı indi Azərbaycanın xeyrinə dəyişdi. İlk kəs Ermənistan müdafiəyə, Azərbaycan hücuma başlayıb.Bakı üçün bu savaş bir istiqlal savaşıdır, Ermənistana hücum etmir, öz torpaqları üzərində işğaldan azad etmə əməliyyatları keçirir.

Bundan sonra heç bir zaman Azərbayan müdafiə pozisiyasına keçməyəcək.

Qarabağ savaşının ən böyük nəticəsi budur və bu hələ ilk gündən bəlli oldu.

Bu gün regionda İran və onun ünsürləri yer alır. Azərbaycana qarşı Ermənistanın yanında dayanıb və o ölkəyə silah tədarük edir.Ölkə əhalisinin yarısının azərbaycanlı olmasını nəzərə almayann İran bu gün belə bir səhvə yol verir. BƏƏ, Səudiyyə Ərəbistanı, Misir də müsəlman Türkiyəyə qarşı Yunanıstan və Fransanın cərgəsində yer aldı. Türkiyənin fəaliyyətini məhdudlaşdırmağa çalışırlar.İndi Türkiyəyə qarşı siyasi müqaviməti Cənubi Qafqazda, Azərbaycanda gedən savaş fonunda görürük. Azərbaycanın qələbə qazanmaqdan başqa yolu yoxdur. Ya qazanacaq, ya da daha 30 il gözləyəcək.Ermənistanın havadarları onu himayə edərlərsə heç bir şey qazana bilməyəcəklərini də açıqca görürlər.Türkiyə dünya miqyasında ulduza çevrildi. İndi sıra Azərbaycandadır”,- deyə politoloq Bizimyol.info-ya bildirib.

İlhamə

Paylaş »
››› Arutunyanın Şuşa bəyanatı ermənilərin başına soyuq su tökdü
››› Əsir düşmüş erməni silahlılarından biri din xadimi çıxdı - Video
››› Bərdəni atəşə tutan "Smerç" reaktiv sistemi aşkarlandı və məhv edildi - Video
››› Paşinyanın NATO-ya şok məktubu: Qarabağı verək, əvəzində...
››› Ermənistanda daxili qarşıdurma başladı: “Onlar türklərin “Bayraktar”ından təhlükəlidir”
Son xəbərlər
Bütün xəbərlər »