Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsraildəki erməni səfiri geri çağrıldı

Ermənistan XİN İsraildəki səfirini məsləhətləşmək üçün geri çağırıb. Bu barədə Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan məlumat verib.

Buna səbəb İsrailin Azərbaycanın haqq işində bizə dəstək verməsini Ermənistanın həzm edə bilməməsidir.

“ İsrailin Azərbaycana ən müasir silahlar göndərməsi yolverilməzdir. Azərbaycan bu silahlardan Qarabağda Ermənistan ordusuna qarşı istifadə edir.Diplomatik kanallarla biz bu barədə dəfələrlə İsrailə müraciət etmişik. Bu yolverilməzdir, bu məqsədlə səfirimizi geri çağırmışıq”,- deyə Anna Naqdalyan bildirib.

İsrailin “Vesti” agentliyi rəsmi Yerusəlimin Azərbaycana silah tədarükü barədə sorğuları şərh etmədiyini bildirib.

Qeyd edək ki, Ermənistanın İsraildəki səfirliyi sentyabrın 18-də açılmışdı.

İlhamə

Paylaş »
››› İran qəzeti satışa Makronun əcaib karikaturası ilə çıxdı - Foto
››› Tramp Qarabağ haqda danışdı: “Gözləntilərim doğrulmadı”
››› İslam ölkələri Ərdoğanın fransız mallarını boykot çağırışına qoşulur
››› Xalq artistinin qardaşı oğlu şəhid olub - Foto
››› Kanada Türkiyəyə dron motorları satmaqdan imtina edib
Son xəbərlər
Bütün xəbərlər »