"Onlar etnik ermənilərdir və müxtəlif ölkələrin vətəndaşları olmalarına baxmayaraq, Dağlıq Qarabağda vuruşmalarında pis bir şey yoxdur".
Bizimyol.info xəbər verir ki, bunu Ermənistan prezidenti Armen Sarkisyan "Əl Cəzirə" telekanalının efirində müxtəlif ölkələrdən olan ermənilərin Dağlıq Qarabağda döyüşdüklərini etiraf edib.
A.Sarkisyan deyib: "Biz müxtəlif ölkələrdən olan ermənilərin hərbi əməliyyatlarda iştirakını qəbul edirik".
Ermənistan prezidenti qeyd edib ki, bu ermənilər ABŞ, Fransa, Ukrayna və Rusiyadan ola bilərlər.