Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İstanbul ayağa qalxır - "Ya Qarabağ! Ya Ölüm!" mitinqi keçiriləcək

Türkiyənin İstanbul şəhərində "Ya Qarabağ! Ya Ölüm!"adlı mitinq keçiriləcək.

Bizimyol.info xəbər verir ki, İstanbul Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyi İctimaiyyətlə əlaqələr departamentindən verilən məlumata görə, mitinqin məqsədi son günlər cəbhədə yaşanan gərginliklərlə bağlı Azərbaycana dəstək vermək, şəhid olan hərbçilərimizi yad etmək və Ermənistanın işğalçı və terrorçu siyasətinə, əl atdığı təxribatlara etiraz etməkdir.

4 Oktyabr tarixində saat 14:00-da Bəyazid Meydanında baş tutacaq tədbirin təşəbbüskarları İstanbul Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyi, Turan Ocaqları və Bütöv Azərbaycan Ocaqlarıdır.

Istanbul universiteti

Xatırladaq ki, sentyabrın 27-si saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhəboyu əks-hücum əməliyyatına başlaması barədə qərar verilib.

Paylaş »
››› Gəncənin keçmiş icra başçısının nümayəndəsi: “Elmar Vəliyev heç nə bilmir, heç özünü tanımır...”
››› Ermənilər Paşinyanı sosial şəbəkə səhifəsində “yıxıb-sürüyür”
››› Qarabağda qızıldan milyardlar qazanan Rusiya şirkəti təşvişə düşüb
››› Ərdoğanın maaşı nə qədər olacaq...
››› “Instagram”da boşluq tapdı, böyük mükafat qazandı - Foto
Son xəbərlər
Bütün xəbərlər »