Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rus nefti özünə gələ bilmir

Rusiya nefti heç cür dəyər qazanmır. “Urals”ın barelinin orta qiyməti avqustda 8 faiz aşağı düşüb. Keçən ilin avqustu ilə müqayisədə isə mənzərə daha çox bədbinlik yaradır.

Bizimyol.info xəbər verir ki, rus nefti son bir ildə 33 faiz dəyər itirib. Rusiya Maliyyə Nazirliyinin hesabatında belə deyilir. İndi “Urals” 40 dollardan bir az baha satılır. Avqustda orta qiymət 44.51 dollar olub. Keçən il yayın son ayında isə rəqəm 61-dən yuxarı idi.

Ümumiyyətlə, indi ilə müqayisədə 2020-ci il “Urals” üçün pis keçməyib. İllik orta qiymət 63.59 dollar olub.

Oktyabrın 1-də dünya neft bazarında yenə mənfi tendensiya müşahidə edilir. Ayrı-ayrı neft markalarının qiyməti aşağı düşür. “Brent” gün ərzində hətta 40-dan da aşağı həddi görüb.

Neftin qiymətinin aşağı olması Rusiya iqtisadiyyatı üçün faciə deməkdir. Şimal dövlətinin başçısı Vladimir Putin son müsahibələrindən birində “Urals”ın barelinin minimum həddi kimi 42.6 dollara satılmasını göstərmişdi.

Son xəbərlər
Bütün xəbərlər »